Zərdabda Silahlı Qüvvələr Günü qeyd olunub – FOTOLAR

0
38

Zərdab Rayon Mədəniyyət Mərkəzində 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə “Güclü dövlət güclü ordu” başlığı altında tədbir keçirilib. Zerdab.com saytı xəbər verir ki, tədbirdə Rayon Hərbi Komisarlığının nümayəndələri, ehtiyyatda olan mayor Ceyhun Abdulxaliqov, Qarabağ müharibəsinin Vetiranlarının nümayəndəsi, şəhər 1 saylı məktəb liseyin “Şahinlər” komandası və digər təşkilat nümayəndələri iştirak ediblər. Tədbirdə Milli Ordunun qəhrəmanlığına həsr olunmuş videoçarx iştirakçıların nəzərinə çatdırılıb. Tədbirdə çıxış edən Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Ürfan Əhmədov çıxış edərək, Silahlı Qüvvələrin yaranma tarixindən və Azərbaycan ordusunun qüdrətindən danışıb. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi birdəqiqəlik sükutla yad edilib. Tədbirdə vətənpərvərlik mövzusuna həsr olunmuş musiqlər səsləndirilib.