Kür çayında sululuğun kəskin artımı gözlənilmir

0
87

Son günlər yağan yağışlar Kür çayında suyun səviyyəsinin qalxmasına səbəb olub. Səviyyənin yüksəlməsi çayın Salyan və Neftçala rayonlarından keçən hissələrində daha çox hiss edilib. Yeddi il öncə baş vermiş daşqınlardan sonra səviyyənin belə sürətlə artması müşahidə olunmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, Kür çayında sululuğun kəskin artımı gözlənilmir. Hətta çayda suyun səviyyəsi 1 metr artsa da, təhlükəli həddə çatmayacaq. Buna səbəb ötən illərlə müqayisədə Kür çayının səviyyəsinin aşağı olmasıdır. Əgər ciddi artım qeydə alınarsa, müvafiq qurumlara xəbərdarlıq ediləcək.Azertac