Kürdəmirdə dəhşətli qəzaya düşən Zərdablı ailənin üzvlərinin adları məlum oldu – SİYAHI

0
92

Kürdəmirdə baş verən qəzada ölən və yaralananların kimliyi bəlli olub.

Zerdab.com saytı xəbər verir ki, Kürdəmirdəki qəzada ölənlər bunlardır: Zərdab rayon sakinləri – 1975-ci il təvəllüdlü Hüseynov Qalib Sadiq oğlu, onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Hüseynova Aytəkin Heydər qızı, onun qızı, 2010-cu il təvəllüdlü Hüseynova Gülər Qalib qızı.

Sürücü, 1979-cu il təvəllüdlü Abbasov İkram Abbas oğlu, ailənin oğlu, 2015-ci il təvəllüdlü Hüseynov Sabiq Qalib oğlu və 2019-cu il təvəllüdlü bacısı Hüseynli Aynur Qalib qızı yaralanıblar.

Qeyd edək ki, Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 43 yaşlı Rauf Məmmədovun idarə etdiyi “166” yükdaşıma xidmətinə məxsus “Mercedes” markalı iritutumlu yük maşınına Kürdəmir istiqamətində hərəkətdə olarkən Zərdablı ailəyə məxsus “Mercedes” markalı digər avtomobil arxadan çırpılıb.

Nəticədə minik maşınında olan sərnişinlərdən 3 nəfər ölüb, 2 nəfər isə bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.