Zərdablı ailənin Kürdəmirdə dəhşətli qəzaya düşdüyü avtomobilin FOTOLARI

0
77

Bir neçə gün öncə Kürdəmirdə baş vermiş dəhşətli yol qəzasında ölən və xəsarət alan Zərdab sakinləri ilə bağlı məlumat vermişdik.

Qəzada Zərdab rayon sakinləri – 1975-ci il təvəllüdlü Hüseynov Qalib Sadiq oğlu, onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Hüseynova Aytəkin Heydər qızı, onun qızı, 2010-cu il təvəllüdlü Hüseynova Gülər Qalib qızı dünyalarını dəyişiblər.

Sürücü, 1979-cu il təvəllüdlü Abbasov İkram Abbas oğlu, ailənin oğlu, 2015-ci il təvəllüdlü Hüseynov Sabiq Qalib oğlu və 2019-cu il təvəllüdlü bacısı Hüseynli Aynur Qalib qızı isə yaralanıblar.

Zerdab.com saytı qəza baş verən gün hadisə yerində çəkilmiş fotoları təqdim edir.

Ölənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyirik.

Zerdab.com