Zərdabda evdən çıxan COVID-19 xəstəsi saxlanıldı

0
102
zerdab-nazim-hesenov

Zərdabda koronavirus testi müsbət çıxıb və ev şəraitində müalicə təyin edilmiş rayon sakini Nazim Həsənovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub.

Zerdab.com saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin şəxs rayon ərazisində aşkarlanıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar N. Həsənov barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Zerdab.com