Zərdab rayonunda 3 otaqlı ev yandı

0
64
zerdab-ev-yangin

Zərdab rayonunun Yarməmmədbağı kəndində ümumi sahəsi 270 kvadratmetr olan kürsülü birmərtəbəli evdə yanğın baş verib.

Zerdab.com saytı xəbər verir ki, 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisənin baş vermə səbəbi ilə bağlı araşdırma aparılır.

Zerdab.com