Əslən Zərdabdan olan tank batalyonu komandiri Ukraynada həlak oldu

0
3654

Əslən Zərdab rayonundan olan soydaşımız Ukraynada həlak olub.

Bu barədə Zerdab.com saytına onun yaxınları məlumat veriblər. Eldar Asəf oğlu Yusifov Ukrayna vətəndaşı imiş. O, Ukraynada doğulub boya-başa çatıb. Eldar Yusifov 2 ilə yaxın imiş ki, Ukrayna ordusunda tank batalyonunun komandiri kimi xidmət edirmiş. Onlar Xarkov şəhərində yaşayıblar, lakin müharibə başlayandan sonra evlərinə raket düşüb və dağılıb. Eldarın atası gənclik illərində təhsil almaq üçün Zərdabın Sarıqaya kəndindən Ukraynaya yollanıb və orada ukraynalı xanımla ailə qurub. 2 oğlu dünyaya gəlib. Həlak olan Eldar Yusifov ailənin ilk övladı olub. Yaxınları onu da bildiriblər ki, onların anası ukraynalı olsa da, Azərbaycana bağlı insan olublar. Eldar və qardaşının həyat yoldaşı Azərbaycanlıdır.
Qeyd edək ki, hadisə baş verən gün Eldarla yanaşı daha 7 tankçının öldüyü bildirilir. Onlar tankdan düşərək qidalanmaq istəyərkən raket zərbəsinə tuş gəliblər. Eldarın nəşini tapmaq mümkün olmayıb. Allah rəhmət eləsin.

Zerdab.com