II ixtisas qrupu üzrə keçid balı 150-yə salındı

29
291

Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən www.zerdab.com-a verilən xəbərə görə, imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər. TQDK-dan bildiriblər ki, II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. www.zerdab.com saytının məlumatına görə, ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.

29 ŞƏRH

  1. slm.2013 il 2-ci ixtisas qrupunun bali ne qeder olacaq ..zehmet deyilse cavabi tez gonderesiniz..

  2. 2-ci ixtisas qrupu üçün keçid balı enibmi? hech bir xəbərlərdə keçid balı haqqında açıqlanmayıb.səbirsizliklə cavab gözləyirəm.Diqqətinizə görə təşəkkürlər…

  3. II ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150 – dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

  4. salam.hamiya ugurlar. bu il 2 ci ixtisas qrupu uzre statistika necedir? cox bal yigan coxdur?

  5. Kecid bal 150dir.ugurlar haminiza.men texnekuma dusdum.ama oxumayacam gelen ile qaldim.size ugurlar dostlarim.

  6. salam.men 2014 mezunuyam.inwalla mende 2-ci qrupa verecem.bilmek isterdim 151-155-159-169 bele ballar yigan abituriyentler harasa daxil ola biler?

  7. mende 2 qrupa verecem,amma hansi ixtisaslar var onu bilmirem yazinda xaiw,Diqqetinize gore Tewekkurler

  8. Salam. ALLAHIN komekliyi ile 2014-de ballar asagi ener.TQDK yeqin bu sozu nezere alar. AMIN.

  9. Hem de bu il DUNYA cempianati kecirilir nezere alsaq ki,2-ci quruplar “COGRAFIYA”-dan ozleri evde hazirlasir,TQDK yeqin bizleri de nezere alar. 8-bal……..

  10. kimin ureyinde ali mektebe qebul olmaq arzusu varsa allah onlarin arzularini yerine yetirsin

  11. 2015 ılde 2 qurub uzre verılecek ımtahanda hamıya uğurlar ıçındede bacım GÜLÜYE

  12. Slm .. Yəni, 150 bal topladiqsa, qebul oluruq?? … cavab yazardizda, zehmet olmaza gozleyirem .. diqqetinize gore tewekkurler .. ^_^

  13. 2015 ci ilde 2 ci qurupun kecid bali ne qeder olacaq zehmet olmassa cavab yazardiniz

Comments are closed.