Zərdab rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

0
72

17.06.2003 Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r :

…. Zərdab rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Zərdab rayonu üzrə

Hüseynxanlı və Xanməmmədli kəndləri Gəlmə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Hüsyenxanlı kəndi mərkəz olmaqla, Hüseynxanlı kənd inzibati ərazi dairəsi yaradılsın.

Otmanoba kəndi Əlvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Otmanoba kənd inzibati ərazi vahidi yaradılsın.

Qaravəlli kəndi İsaqbağı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qaravəlli kənd inzibati ərazi vahidi yaradılsın.

Sarıqaya kəndi Qoruqbağı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Sarıqaya kənd inzibati ərazi vahidi yaradılsın.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyun 2003-cü il
№ 476-IIQ