Zərdabda erkən nikahlarla bağlı seminar keçirilib – fotolar

3
46

Zərdab rayonunda “Məktəbyaşlı uşaqlar arasında erkən nikaha cəlb olunma hallarının vəziyyəti və onların aradan qaldırılması” mövzusunda seminar müşavirə keçirildi. Müşavirə  1 saylı məktəb liseydə baş tutdu. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tofiq Ağayev açdı. “Erkən nikahların yaratdığı problemlər və onların aradan qaldırılması yolları” mövzusunda Rayon İHB Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Lalə Əmirəliyeva, Rayon İHB Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu – aparıcı məsləhətçisi Xəyalə Veyisova, Rayon Polis Şöbəsinin rəis müavini Adil Əsədov, Rayon Prokurorunun köməkçisi Seyidəzim Ağayev, Rayon Təhsil Şöbəsinin müdir müavini Elşad Kərimov, Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri Südabə İsmayılova, Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Könül Həsənova, məktəbin Qadınlar Şurasının sədri Eyvazova Zenfira, məktəbin Əməkdar müəllimi Sara Soltanova, məktəbin Valideynlər Komitəsinin sədri Telman İsmayılov, IX sinif şagirdləri Sevinc Xasayzadə və Həsənli Çimnaz çıxış etdilər. Tədbirdə 250 nəfər şagird və müəllim, 70 nəfər valideyn iştirak edirdi. Çıxış edənlər erkən nikahın zərərli təsirindən danışdılar, bu istiqamətdə aparılan maarifləndirmə işlərində ziyalıların, ağsaqqalların gücündən səmərəli istifadə olunmasını, belə tədbirlərin tez-tez keçirilməsinin zəruriliyini vurğuladılar.

www.zerdab.com

3 ŞƏRH

  1. mende uzumu tutub butun yetkinlik yasa catmayan qizdarimiza deyirem,hele sizin geleceyiniz qabaqdadir.Siz mektebi qutarib tesil almalisiz.qizlarimizin eleinde bir senet olmalidir.sabah aile heyati quranda onun basi qaxincda olmasin.umumiyyetle erken nigaha girmeyinize mende yox deyirem.qizlarimiz aile qurmaqa telesmeyin.sizin arzulariniz , yasam terziniz heyatin ne olduqunu bilmeniz qabaqdadir.sizden coxlu-coxlu xais edirem ki, erken aile heyati qurub ozunuzu bedbax etmeyesiniz .valideynler evladiniz saqlamliqini ve xosbextliyini isteyirsizze onlari qoruyun.

  2. mende uzumu tutub butun yetkinlik yasa catmayan qizdarimiza deyirem,hele sizin geleceyiniz qabaqdadir.Siz mektebi qutarib tesil almalisiz.qizlarimizin eleinde bir senet olmalidir.sabah aile heyati quranda onun basi qaxincda olmasin.umumiyyetle erken nigaha girmeyinize mende yox deyirem.qizlarimiz aile qurmaqa telesmeyin.sizin arzulariniz , yasam terziniz heyatin ne olduqunu bilmeniz qabaqdadir.sizden coxlu-coxlu xais edirem ki, erken aile heyati qurub ozunuzu bedbax etmeyesiniz .valideynler evladiniz saqlamliqini ve xosbextliyini isteyirsizze onlari qoruyun.

Comments are closed.