Bu günlərdə Azərbaycanın nüfuzlu qəzetlərindən biri olan “Azadlıq” qəzetində “Məlikovların teatr fədaisi Məhəmməd bəy” adlı bir məqalə dərc olunub. Məqalənin imza yerində yazılıb: “Azadlıq” qəzetinin Araşdırmaçı Jurnalistlər Qrupu. KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir. Yazının girişində – ikinci abzasda “peşəkarcasına” yazılmış 2 cümlə diqqəti çəkir: “Bu teatr fədaisinin həyat və yaradıcılığı haqqında yazılı materiallar azdır. Amma sənətkarın dünyaya göz açdığı rayonda yaradılmış bir saytda (www.zerdab.com) onunla bağlı ümumi bioqrafik məlumat əldə etmək mümkündür”. Bu iki cümlə oxucunu məharətlə çaşdırır, oxucuya belə gəlir ki, girişdəki bir neçə cümlədən savayı, digər hissələr “Azadlıq” qəzetinin Araşdırmaçı Jurnalistlər Qrupunun araşdırması hesabına ərsəyə gəlib. Halbuki, məqalə əvvəldən axıradək olduğu kimi kopyalanıb. Adıçəkilən qrupun yazıya əlavə etdiyi bir faktı belə tapmaq mümkün deyil. “Azadlıq” qəzeti Azərbaycanın ən uzunömürlü, belə demək olarsa, müstəqilliyimizin yaşıdı və ən çox oxunan qəzetidir. Bəs necə olur ki, “Azadlıq” qəzetinin Araşdırmaçı Jurnalistlər Qrupu kimi təqdim olunan yazarlar bir yazını necə varsa, olduğu kimi kopyalayıb bu qəzetdə çap etdirə bilirlər. Hər halda biz burada anlaşılmazlıq olduğunu və qəzetin rəhbərliyinin bundan xəbərsiz olduğunu təxmin edirik. Yazının olduğu kimi verilməsi qəbahət deyil, amma sonda imza olmasaydı. Bəs bu yazının əsl müəllifi kimdir? Yazı hansı zəhmətlər hesabına başa gəlib? Yazının müəllifi, Zərdabda çıxan “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov www.zerdab.com saytına bununla bağlı məktub yazıb. İsaməddin Əhmədov baş verənlərdən təəssüfünü bildirib: “Bu yazının başlığını görəndə çox sevindim. Mətni oxudum və çox təəssüf və təəccüb etdim. Bildirim ki, bu məqalə ilk dəfə Zərdabda çıxan “Əkinçi” qəzetində çap olunub. Məqaləyə bir dənə də olsun fakt tapılıb əlavə edilməyib. “Əkinçi”də dərc olunan orijinal variant olduğu kimi saxlanılıb. Düzü, “Azadlıq” qəzetinin “Araşdırmaçı Jurnalistlər Qrupu”nun KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə plagiatlıq etməsi məni sarsıtdı. Çünki bu yazını çox ağır zəhmət bahasına əldə etdiyim nadir materiallar əsasında, mərhum həmyerlimiz, o zaman Mədəniyyət Nazirliyində çalışan, Lənkəran Teatrını yaradan görkəmli rejissor Məbud İsmayılzadənin və onun bu gün də Zərdabda yaşayan istəkli qohumu Əziz həkimin kömək və dəstəkləri ilə şəxsən mən hazırlamışam. Bu plagiat yazıda isə 1 dənə də əlavə fakt və ya cümlənin olmaması, məqaləmin olduğu kimi bura köçürülməsi məni çox üzdü”. İsaməddin Əhmədov ümid edir ki, bu məsələ ilə bağlı yazı saytımızda yerləşdiriləndən sonra KİVDF də bununla tanış olacaqlar: “Və sonda: onlar M. Əlvəndi barədə bircə dənə də olsun əlavə fakt əldə edib məqaləyə əlavə etsəydilər mən heç bir etiraz bildirməzdim”.
Həqiqətən də sual olunur, əgər yazı olduğu kimi qəzetdə verilibsə, onda haqqında danışılan Araşdırmaçı Jurnalistlər Qrupu nəyi araşdırıb?
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini də yayımlamağa hazırıq.
Sonda “Azadlıq” qəzetinin saytına yerləşdirilmiş həmin yazının linkini və www.zerdab.com saytında yerləşdirilmiş ilkin variantını təqdim edirik. Özünüz nəticə çıxarın.
http://azadliq.info/component/content/article/357-kiv/24401-mlikovlarn-teatr-fdaisi-mhmmd-by.html
www.zerdab.com









“Azadliq” doqulduqu gunden bele ishlerle meshguldur..ya yalan yazmalidir, ya da kopyalamalidir
Beyinin məhsulun oğurlamaqla, kiminsə malını oğurlamağın fərqi varmı, görəsən?
Bu xeberiniz başqa saytlarda da yayılıb:
http://milliyyet.az/index.php?do=read_news&id=1559
Comments are closed.