“Əlillik xəstəlik deyil”

0
57

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Əlillik xəstəlik deyil” adlı dəyirmi masa keçirilib. www.zerdab.com saytına verilən məlumata görə, tədbirdə Mərkəzin xidmətlərindən yararlanan əlil uşaqlar, onların valideynləri, Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin, Rayon Mərkəzi Xəstəxanasının və s. idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
Dəyirmi masanı Mərkəzin metodisti Nərgiz Eminova açaraq “Əlilliyin yaranma səbəbləri və bunların qarşısının alınması”, Mərkəzin metodisti Ləman Səfərəliyeva “Əlillərin cəmiyyətə inteqrasiyası”, Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşı Nihad Qənimətoğlu “Əlillərə dövlətin göstərdiyi qayğı, əlillərə verilən hüquqlar”, Rayon Mərkəzi Xəstəxanasının həkimi Şəfa Qocayeva “Əlilliyin tibbi cəhətdən qarşısının alınması” və s. mövzularda çıxışlar ediblər.
Çıxış edənlər əlil uşağı olan valideynlərə öz məsləhət və tövsiyələrini veriblər. Mərkəzdən bəhrələnən əlil uşaqların valideynləri  də dövlət başçısı cənab İlham Əliyevə və  Mərkəzin əməkdaşlarına öz minnətdarlıqlarını  və rayonumuzda belə bir Mərkəzin fəaliyyət göstərməsindən dolayı fəxr etdiklərini bildiriblər.

www.zerdab.com