Zərdabda eyni vaxtda 7 məktəb binası inşa edilir

1
22
Qoruqbağı kəndində uşaq bağçası üçün tikilən bina
Qoruqbağı kəndində uşaq bağçası üçün tikilən bina

“Yeniləşən Azərbaycana – yeni məktəb” layihəsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Zərdab rayonunda yeni məktəb binalarının tikintisi davam etdirilir. www.zerdab.com-a verilən məlumata görə, hazırda “32 hektar” adlanan ərazidə 132 yerlik məktəb binasının tikintisi aparılır. Qoruqbağı kəndində uşaq bağçası üçün tikilən binada isə son tamamlanma işləri görülür. Hazırda Dövlət vəsaiti hesabına Pərvanlı kəndində 180 yerlik, Lələağacı və Aşağı Seyidlər kəndlərinin hər birində 80 yerlik məktəb binalarının tikintisi davam etdirilir. Yaxın günlərdə isə rayonun Çallı və İsaqbağı kəndlərində yeni məktəb binalarının tikintisinə start veriləcək. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb…

1 comment

  1. ZERDAB RAYONUN GUNU GUNDEN GOZELLESMESI VE MUASIRLESMESI MENI COX SEVINDIRIR.BIZ HAMIMIZ BUNUN UCUN CALISMALIYIQ……….. AY ZERDABLI HEMYERLILERIM.

Comments are closed.