Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi davam etdiriləcək.
Prezident İlham Əliyevin 2012-ci il 19 iyun tarixli sərəncamı ilə Zərdab-Yuxarı Seyidlər-Siləyli yolunun tikintisinə ötən il 5,4 milyon manat ayrılmışdı. www.zerdab.com saytının məlumatına görə, həmin vəsait hesabına Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun 10,5 kilometrində tikinti işləri aparılıb. Qeyd edək ki, bu yol doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.
www.zerdab.com saytı xəbər verir ki, bu yolun qalan hissəsinin tikintisi üçün daha 6,45 milyon manat vəsait ayrılıb. Yaxın vaxtlarda yolun qalan hissəsinin çəkilişinə başlanılacaq. Sözügedən kəndlərin sakinləri onların rahatlığında və təsərrüfat işlərinin ahəngdarlığında mühüm əhəmiyyət kəsb edən yol infrastrukturunun yenidən qurulmasını Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrin sosial-iqtisadi inkişafına, insanların rahatlığına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirir, bunun üçün dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
www.zerdab.com saytı Zərdab-Yuxarı Seyidlər-Siləyli yolunun inşa olunmuş və olunacaq hissəsindən fotoları təqdim edir.
Fotolardan istifadə olunarkən www.zerdab.com saytına istinad edilməlidir.












