Zərdabda 4 yeni bina, 1 regional anbar, 3 məktəb tikilir

1
44

binaGələcəkdə də rayonumuzda yeni məktəb binalarının, dövlət qurumları üçün inzibati binaların inşası davam etdiriləcək.

Zərdab rayonunun 3 kəndində müasir standartlara cavab verən yeni məktəb binalarının tikilməsi barədə xəbər vermişdik. Bildirmişdik ki, məktəblər Çallı, İsaqbağı və Aşağı Seyidlər kəndlərində inşa olunur. Bundan əlavə, Zərdab rayon Polis Şöbəsi üçün yeni binanın tikilməsi barədə də xəbər vermişdik. www.zerdab.com saytına verilən məlumata görə, hazırda rayonda bu tikililərdən əlavə, daha 5 (ümumilikdə 8) obyekt inşa olunmaqdadır. Bunlar “Aqrolizinq” ASC-nin Zərdab aqroservis filialı üçün yeni inzibati bina, regional gübrə və taxıl anbarı, baytarlıq idarəsi, suvarma sistemləri idarəsi üçün yeni binalardır.

Qeyd edək ki, son illər rayonda Heydər Əliyev mərkəzi, gənclər mərkəzi, YAP rayon təşkilatı üçün yeni bina, Veteranlar evi, uşaq və ailələrə dəstək mərkəzi, yaradıcılıq evi, uşaq bağçası da tikilib istifadəyə verilib.

Məlumat üçün onu da əlavə edək ki, son 5 ildə Zərdab rayonunda ümumilikdə 13 yeni məktəb binası da inşa olunub. Gələcəkdə də rayonumuzda yeni məktəb binalarının, həmçinin dövlət qurumları üçün inzibati binaların inşası davam etdiriləcək.

www.zerdab.com

1 comment

  1. yuksek mertebeli bina tikintisiyle mewqulam oz birqadamla demir qelib apalovka iwleriyle lazim olsam 0513841996

Comments are closed.