Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “26 fevral tarixi qan yaddaşımızdır” adlı dəyirmi masa keçirilib. www.zerdab.com saytına verilən məlumata görə, tədbir iştirakçıları bir dəqiqəlik sükutla Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər. Mərkəzin direktoru Könül Həsənova tədbiri giriş sözü ilə açaraq Xocalı faciəsinin acı nəticələrindən, erməni vandallarının törətdikləri vəhşiliklərdən danışıb. Sonra mərkəzin psixoloqu M. Jalə “Xocalı soyqırımı və milli matəm günü” adlı məruzə ilə çıxış edib. Tədbirdə uşaqların hazırladığı kompozisiya nümayiş olunub. Anım mərasimində mövzu ilə bağlı müzakirələr aparılıb, Gəlmə kənd tam orta məktəbinin müəllimi Rəşad İsmayılov Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində son dövrlər aparılan işlərdən danışıb. Sonda Xocalı soyqırımı ilə bağlı video-çarx nümayiş olunub.
www.zerdab.com











cOX SAGOLN BELE DE OLMALDR
Comments are closed.