Xocalı soyqırımının ildönümü ilə əlaqədar Zərdab rayonunda silsilə tədbirlər keçirilib. Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə 26 fevral 2013-cü il tarixdə rayon fəalları, veteranlar, ağsaqqal və ziyalılar, yuxarı sinif şagirdləri Şəhidlərə Xatirə parkının qarşısına toplaşıblar. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev və hüquq mühafizə orqanlarının rəhbərləri Xocalı soyqırımına həsr olunmuş rəsmlərə və divar qəzetlərinə baxıblar. Rayon rəhbərliyi parkı ziyarət edərək Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoyublar.
Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anım mərasiminin rəsmi hissəsində Rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayev geniş nitq söyləyib. Sonra Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub. Daha sonra rayonun ictimaiyyət nümayəndələri tərəfindən Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyulub.
Rayonun bütün məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dini mərasimlər keçirilib, dualar oxunub.
Saat 17:00-da Zərdab rayonunun hər yerində 1 dəqiqəlik sükut elan edilərək, gəmi və avtomobillər vasitəsilə səs siqnalları verilib.













Salam eziz oxucular.Bu Xocali faciesi deyil Azerbaycanin oz tarixinde yasadigi en yarali,dehsetli faciesidir.Allah rehmete geden butun Xocali sakinlerine rehmet eylesin.Bizde oz novbemizde Xarkov seherinde anim gununu qeyd etdik.Gosterilen kadrlar Ukraina vetendaslarini aglatdi onlar zali terk etdiler.(Diasporada)
Aisha xanım, o kadrlar kimliyindən asılı olmayaraq hər bir insanı ağladacaq qədər dəhşətli kadrlardır..Biz sevinirik ki, həmvətənlərimiz xarici ölkələrdə olduqca fəaldırlar..Son illərdə bu fəallıq daha da artıb..Faciənin ilk illərində hadisələrindən şokundan hələ ayılmamışdıq..ona görə də bu soyqırımını bütün dünyaya tanıtmaqda nisbətən gecikdik..Bunun ən önəmli səbəbi yaşadığımız ağrının, acının, faciənin böyüklüyündə idi..İnsanlıq belə bir dəhşət görməyib hələ..Çox təəssüflər olsun ki, dünyanın ən aparıcı dövlətləri bu həqiqətləri görməzdən gəlir..
Xedice xanim sizin reyiniz menimucun cox xos oldu.Amma hec narahat olmayin tezlikle butun cetinlikler arxada qalacaq.Men buna eminem.Tanri cox sebrli oldugu qeder qezeblidir.Cezalarini alacaqlar uca Allahdan.
insallah bele olar.amma allah sebirliyi sevir.amma ne qeder sebir etsen bu meselede o qeder isimiz cetinlesecek.alman liderlerinden biri demisdi- hec vaxt qisasini oturub gozdeme.gozdesen sen gunu gene batacan.gerek dusmanindan qisasini sulhden deyil qandan cixardmaq lazimdir.cunku menim fikrimdir ki qandan tokulub alinan torpan qan da alinmalidir.sulhe qalsa bu torpaqlar ermenini olacaq.artiq orda ermeniler meskunlasir.bu torpaqin qayitmaqini men anna herbden gozdeyirem.ayri hec vaxt olmayacaq
Sabah ne,nece,ne cur olacaq onu yalniz ve yalniz uca Allah bilir.Allah cox rehmlidir,merhemetli ve edaletle hell edendir.Rehmini ustumuzden eskik etmez ins-h.O korpe balalarin qani yerde qalmayacaq……………..
Comments are closed.