Millət vəkilimiz Jalə Əliyeva ilə fotosöhbət

1
69

Jalə Fazil qızı Əliyeva 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini qırmızı diplomla bitirib, daha sonra həmin universitetin hüquq fakültəsində təhsil alıb. Filologiya elmləri doktorudur. Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. 2 monoqrafiyanın və 30-dan çox elmi məqalənin müəllifidir. Rus və ərəb dillərini bilir.
1988-ci ildən Azərbaycan Mədəniyyət Fondunda müfəttiş işləyib. 1992–2005-ci illərdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində tərcüməçi vəzifəsində çalışıb. 1996-cı ildən Bakı Dövlət Universitetinin müəllimi olub. Hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur. Bitərəfdir.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Liviya, Azərbaycan-Slovakiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür. 1 övladı var.

Bu, mənim birinci şəkilimdi. Deyirlər bu şəkil çəkiləndə altı aylıq imişəm...
Burada iki yaşım tamam olmayıb. Atam, anam, nənəmlə Kislovodskdayıq. 1968-ci ildir.
Tez-tez məni fotostudiyaya şəkil çəkdirməyə aparırmışlar. Bu şəkildə txminən 5 yaşım olar.
Anam diktor olanda ondan əl çəkmirdim. Bu şəkili telestudiyada çəkiblər. 6 yaşım olar.
Artıq pionerəm. Dördüncü sinifdə oxusam da, müəliməmlə boyda bərabərik
Bu VI sinif şəklimdi. Riyaziyyat gecəsi zamanı çəkilib. Orta məktəb yoldaşlarımla əlaqələrim var.
Atamla çox az şəklim var.
Burada I kurs tələbəsiyəm. Məzunu olduğum məktəbə dəvət olunmuşam. Onu da deyim ki, mən axıradək həm orta məktəbdə, həm də institutda sinif nümayəndəsi olmuşam.
III kursdayam. Lenin təqaüdü alıram. O zaman tələbə üçün bundan böyük nə ola bilərdi ki...
Xalamla birlikdə... Yalnız ailənin deyil, nəslin tək övladıyam. Ona gərə də məni hər yerə aparırdılar. Deyim ki, ərköyünlük üçün mənə şərait yaratsalar da heç zaman bundan sui-istifadə etməmişəm
BDU-nu avqustda bitirdim, sentyabrda isə orada müəllim kimi fəaliyyətə başladım. Arxa fonda lövhədə ”İstiqlal marşı”nı mən yazmışam.
Şəkildən də görünür ki, artıq müəllim kimi təcrübəm var.
Toyum 1989-cu il dekabrın 26-da olub. Meydan hərəkatının qızğın vaxtlarıdır. Toyda Koroğlu üvertürası səslənəndə bütün kişilər ayağa qalxdı. Mən də ixtuyarsız olaraq onalara qoşuldum.
Altı yaşımda anamla çəkilən şəklimdi
Nabrana ailəlikcə istirahətə getmişdik. 25 nəfərlik nümayəndə heyətinə kababı mən çəkirəm.
Bibim qızının toyudur.
Strasburqdayam.
Avropa Parlamentinin binası önündə.
Bolqarıstandayam.
Bu şəkli qızım güzgüdən çəkib. Mənim üçün çox maraqlıdır...
Komitədə Vaqif Səmədoğlunun yubileyini qeyd edirik.
Deputatın elçi getməyi çox maraqlı olurmuş. Xalam oğlunun elçiliyinə gedərkən...
Prezidentin Zərdaba gəlişi zərdablılar üçün toy-bayram idi.
Doktorluğumu müdafiə edirəm.
Doktorluğu müdafiədən sonra həmkarlarım məni təbrik edirlər
Qızımla xaricdə səfərdəyik.
Həvva Məmmədovanın qızının toyunda
Zərdabda yeni məktəbin açılışı zamanı.
28 May günü..
Göyçayda nar bayramından sonra ağac əkirik.
Köməkçim Nurcanla
Xoşladığım şəkillərimdəndir.
Milli Məclisdə iclas gedir.
Bu şəkil xəbərim olmadan çəkilib
  • Milli Məclisdə…

1 comment

  1. duzu men bele savadli,bele sade tesevvur etmirdim.esl deputatliga layiqli xanimdir.cox sagolun musahibelere gore

Comments are closed.