Zərdablılar 1918-ci ildə ermənilərə qarşı Qafqaz-İslam Ordusu ilə birgə döyüşüblər

4
54402
qafqaz-islam-ordusu-zerdab

Rus çarizminin və sovet Rusiyasının yeritdiyi imperiya siyasətinin, millətlər və dinlər arasında nifaq salmaq, onları bir-birinə qırdırmaq siyasətinin nəticəsi olaraq 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı növbəti dəhşətli cinayətlər törədilmişdi. 

Həmin dövrdə Zəngəzurda, Qarabağda, Şamaxıda, Salyanda, Bakıda hər gün onlarla müsəlman türk qətlə yetirilirdi. Təkcə mart qiyamı zamanı Bakıda 18 mindən çox insan qətlə yetirilmişdi. Şamaxıda, Qarabağda insanları diri-diri nizəyə keçirir, evlərə doldurub yandırırdılar. Erməni vandalları bu coğrafiyada öz niyyətlərini həyata keçirmək üçün hər cür vəhşiliyə əl atırdılar. Məhz belə bir zamanda Qafqaz-İslam Ordusu Azərbaycana gəldi və keçdiyi hər rayonda işğalçılarla savaşaraq irəlilədi.

Gəncədən sonra Qafqaz-İslam Ordusu Bakıya doğru uğurlu yürüşlərini davam etdirdi. Yay ayları boyunca Qarabağ, Şirvan, Muğan rayonları mərhələ-mərhələ rus-erməni işğalından azad edildi.

Bu müharibədə Qafqaz-İslam Ordusu ilə yerli türklərin hərbi birlikləri eyni komandanlıq tərəfindən idarə olunur və yeni yaranmış Azərbaycan qoşunları Osmanlı ordusunun döyüş taktikasını mənimsəyirdi.

Həmin dövrdə Zərdabın qəhrəman oğulları da bu hadisələrə biganə qalmamış, könüllü şəkildə döyüşlərə qatılmaq qərarı vermişdilər.

Bununla bağlı Zərdabın yaşlı insanlarının maraqlı xatirələri var. Bu xatirələr ata-babalarımızın yaddaşından süzülüb gəlib və günümüzədək unudulmayıb. Yaşlıların dediyinə görə, Şamaxıda gedən həmin döyüşlərdə zərdablılardan da qəhrəmancasına şəhid olanlar olub.

İgid oğullarımız kəndlərimizi yandıran, günahsız insanlarımıza divan tutan ermənilərə qarşı mərdliklə vuruşub və onlara layiqli cəzalarını veriblər.

Şamaxıda gedən şiddətli döyüşlərdə Zərdabdan gələn könüllülərin qəhrəmanlığı türk paşalarını da heyran qoyurmuş. Zərdabdan gələn könüllülər öz igidlikləri ilə türk paşalarına və yerli əhaliyə düşməni zərərsizləşdirməkdə əsl köməklik göstərirmişlər. Bunu görən türk paşalarından bir qrupu qısa müddətə Zərdaba göndərilib. Məqsəd döyüşlərdə iştirak etmək istəyən gənclərlə görüşmək və onları bir yerə toplayıb təlim keçmək olub.

Erməni-türk davasından 95 il ötür. Lakin Zərdabdan bu davada iştirak edənlərin bir çoxunun adları bu gün də unudulmayıb. Bu isə insanlarımızın onlara olan sevgi və rəğbət hissindən irəli gəlir. Həmin oğullar bu gün də hörmət və qürurla xatırlanmaqdadırlar.

Bunlardan Məmmədsan, Məhəmməd, Aloslan, Məmmədkərim, Mustafa, Abbasəli, Məlik Zakiroğlu kimi igidlərin adlarını qeyd etmək istərdik.

Rəsul adlı bıçaqçılı bir igidin Şamaxıda şəhid olduğu yer bu gün də yaddaşlardadır. Həmin igid Acıdərə yaxınlığındakı döyüşlərdə qəhrəmanlıqla şəhid olub.

Yaşlıların danışdıqlarına görə, həmin dövrdə zərdablıların igidliyinə heyran qalan türk paşaları və yüzbaşılardan bir neçəsi Zərdaba gələrək hərbi təlimlər keçiblər. Hərbi təlimlər zamanı mərkəzi qərərgah Zərdabın Bıçaqçı kəndində yerləşirmiş.

Təlimlərdən sonra ətraf ərazilər də daxil olmaqla, ümumilikdə, Zərdabdan 500-dək hərbi təlim görmüş, döyüşə hazır gənc Şamaxıya – döyüşə yollanır.

Döyüşlərdə iştirak etmək imkanı olmayanlar isə, könüllülərimizə və türk ordusuna xeyli araba, at, cöngə, ərzaq məhsulları pay veriblər. Bu, Şamaxılılara, onların köməyinə gedən qəhrəmanlarımıza və türk qardaşlarımıza olan sevgidən, hörmətdən, rəğbətdən irəli gəlirdi.

Həmin insanlar bundan sonra da həmişə sevgi ilə yad olunacaqlar. Allahdan onların hər birinə rəhmət diləyirik.

www.zerdab.com

4 ŞƏRH

  1. Bu gün Zerdabda Novruz bayramı qeyd olunur. Mence bu, 4 ünsür çerşenbesinden birinde keçirilseydi daha meqsedeuyğun olardı. her halda bayramınız mübarek, eziz zerdablılar.

  2. Allah butun sehidlerimize rehmet eylesin.Onlarin mekanlari behistdir.Bu cur serefle olmek her insana nesib olmur.Biz deyerli ogullarimizla fexr etmisik,edirik,edeceyik de ins-h.

Comments are closed.