Zərdab şəhərinin mərkəzində yerləşən Həsən bəy Zərdabi muzeyində təmiş işləri davam edir. Qeyd edək ki, Prezident İlham Əliyevin 19 iyul 2012-ci il tarixli Sərəncamı ilə Zərdab rayonundakı H. B. Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən 300 min manat vəsait ayrılıb. Tikinti işləri sifarişçi təşkilat olan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılır.
Muzeyin üst örtüyünün tamamilə dəyişdirilməsi, köhnə fasadın üzlük hissəsi sökülərək aqlay daşı ilə üzlənməsi, həyətdə abadlıq işlərinin aparılması nəzərdə tutulub. Artıq bu işlərin müəyyən hissəsi görülüb. Belə ki, pəncərə və qapılar dəyişdirilib, plastik pəncərələr, müasir qapılar quraşdırılıb. Binanın daxilində bədii tərtibat işlərinin aparılması, muzeyin təyinatına uyğun olaraq yeni inventarların quraşdırılması da nəzərdə tutulur. Həsən bəy Zərdabinin büstündə də bərpa işləri aparılacaq. Ətrafda yeni yaşıllıqlar salınacaq.














Şəkillərə görə çox sağ ol, zerdab.com! Xəbərimiz yox idi.
Comments are closed.