Ey Məmmədşah, yaş tökməyin, ah-nalənin faydası nə?

5
57

MƏMMƏDŞAH MƏHƏMMƏDOV

Zərdab rayonu, Bıçaqçı kəndi.

Gör nə əzab ilə ömür yetir başa, can üstəyəm,

Fərmanımı vermiş fələk, yatağımda yan üstəyəm.

 ***

Yaralanmış qartal kimi çevrilməyə amanım yox,

Tənha, ölüm döşəyimdə, yamanca al qan üstəyəm.

 ***

Köməyimə gələnim yox, nə halımdan xəbər tutan,

Məzəmmətə dözümüm yox, danlaqda, hədyan üstəyəm.

 ***

Nə yerdən var, nə də göydən dada çatan qocalıqda,

Köç etməyin vaxtı çatıb, saat üstə, an üstəyəm.

 ***

Nemət gənclik, nə tez ötdün, yuxu kimi gəlir zaman,

Dəyişmişdir tamam aləm, can sıxan dövran üstəyəm.

 ***

Ey Məmmədşah, yaş tökməyin, ah-nalənin faydası nə?

Axı mən Haqdan gələn Fərmanla divan üstəyəm…

 Mərhum Məmmədşah müəllim 1923-cü ildə Bıçaqçı kəndində doğulub, 1939-cu ildə Zərdabda prokurorluğun katibi işləyib. Hüquq məktəbini fərqlənmə diplomu ilə bitirəndən sonra 1943-cü ildə könüllü müharibəyə gedib. Yaralanıb tərxis olunaraq 1944-46-cı illərdə Ağdaş prokurorunun katibi işləyib, haqsızlıqlardan bezərək bu vəzifədən könüllü istefa verib, 4 il vəkillik edib. 1950-ci ildə ADU-nun (indiki BDU-nun) şərq fakültəsinə daxil olub, amma təhsilini yarımçıq qoyaraq ingilis dili fakültəsinə qəbul olunub. Burada da oxumaq istəməyib və nəhayət 1964-cü ildə Dillər İnstitutunun rüs dili fakültəsini bitirib, ömrünün sonunadək doğma Bıçaqçıda müəllim işləyib. Çox gözəl şeirlər də yazıb və onun bir qəzəlini məhz bu gün www.zerdab.com-a təqdim etməyi özümə borc bildim.

Allah Məmmədşah müəllimə rəhmət eləsin! 

İSAMƏDDİN ƏHMƏDOV

5 ŞƏRH

  1. Allah ona rəhmət eləsin! Həm iş yoldaşlım olub, həm də qonşumuz. Yaxşı insan idi!

  2. Nemət gənclik, nə tez ötdün, yuxu kimi gəlir zaman…Çox sağ olun İsaməddin müəllim!

  3. Allah rehmet eylesin.Sag olun ki merhum hemyerlilerimiz haqqinda bizi de maariflendirirsiniz.Allahdan size can sagligi islerinizde ugurlar arzulayiriq Isameddin muellim.

  4. Memmedwah muellim menim hem muellimim hem de iw yoldawim olub.Cox gozel insan idi.Allah rehmet etsin.

  5. Doğrudanda rəhmətlik çox sadə insan idi.Allah ona rəhmət eləsin.Sizə isə İsaməddin müəllim belə işinizə ğörə minnətdarlıq və təşəkkür edirəm.

Comments are closed.