Azərbaycan Dövlət Aqrar Universitetinin dekan müavini, həmyerlimiz Təvəkkül İslamov

0
55

Təvəkkül İslamov 1963-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub. Orta məktəbi bitirmiş, hərbi xidməti başa vurmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, həmin institutda müəllim saxlanılmışdır. 1994-ci ildə texnika elmləri namizədi  alimlik dərəcəsi almış, 1998-ci ildə  ona traktor və avtomobillər kafedrasının  dosenti elmi rütbəsi  verilmişdir. 80-ə yaxın elmi məqalənin  müəllifidir. Azərbaycan Dövlət Aqrar universitetində dekan müavinidir.