Zərdab-Ucar yolu ilə bağlı Nazirlər Kabinetinə müraciət olunacaq

2
156
Zərdab-Ucar yolu
Zərdab-Ucar yolu. Foto: Zerdab.com

Bir neçə ay öncə təmir olunan Ucar-Zərdab əsas magistral yolunun asfalt örtüyünün tamamilə dağılması nəticəsində yenidən bərbad vəziyyətə düşməsi barədə Zerdab.com saytında məlumat verilmişdi. Saytda yayımlanan fotolar yolun hansı vəziyyətdə olduğunu özündə əks etdirirdi. Zerdab.com saytına verilən məlumata görə, bununla bağlı Zərdab rayonunun əlaqədar qurumları tərəfindən Nazirlər Kabinetinə və Nəqliyyat Nazirliyinə müraciət ediləcək. Belə ki, Zərdab-Ucar, Zərdab-Ağcabədi yollarının asfaltlaşdırılması, Zərdab-Mollakənd yolunun qalan hissəsinə 2-ci qat asfalt ötrük vurulması məqsədi ilə Nazirlər Kabinetinə və Nəqliyyat Nazirliyinə müraciət ediləcək. Ümid edək ki, müraciətlərə müsbət cavab veriləcək və sözügedən yollar müasir standartlara uyğun tam təmir ediləcək.

Zerdab.com

2 ŞƏRH

  1. Çox sevindim.Bərbad haldadır.Bu yol Zərdabın yolu deyil, Ucar rayonuna aiddir.Kim müraciət edir etsin, tez olsun.

Comments are closed.