Mənə nə deyirsən, bəyi təriflə,
Yaşa bu dünyada ləzzətlə, keflə,
Birinə həcv yaz, birin həriflə, —
Mən belə şeirlər yazmıram axı!
Mən necə çirkinə “gözəlsən” deyim?
Hər çızmaqaraya “qəzəlsən” deyim,
Əllinci sevgiyə “əzəlsən” deyim, —
Mən belə şeirlər yazmıram axı!
Necə qarlı qışa deyim ki, “yaysan”?
Dayazca bir arxa deyim ki, “çaysan”,
Sonu yaxşı olar mənə inansan, —
Mən belə şeirlər yazmıram axı!
Nə haqla namərdə deyim ki, “mərdsən”?
Zalıma, cəllada söyləyim “əhsən”,
Hərdən “Əkinçi”ni oxu, bilərsən, —
Mən belə şeirlər yazmıram axı!
Adım İsaməddin, düşmənim yalan,
Durub yolum üstdə bir əfi ilan,
Demişəm, yenə də deyirəm, inan,
Mən belə şeirlər yazmıram axı!
İsaməddin Əhmədov
Super!!!!!
İsaməddin müəllim, çox sağ olun! Maraqlı idi! Başqa şeirlərinizi də gözləyirik!
Isameddin muellim, deyesen –ureyiniz doludur bu movzuda..
Comments are closed.