Zərdabda kitab sərgisi – fotolar

2
28

“Gəncliyə Dəstək” İctimai Birliyi“Gəncliyə Dəstək” İctimai Birliyi (İB)Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Region gənclərinin intellektual və mənəvi dünyasinin zənginləşməsi məqsədi ilə mütaliənin təbliği” adlı layihə çərçivəsində 4-5 may 2013-cü il tarixdə Zərdab şəhər Heydər Əliyev adına parkda  kitab sərgisi keçirib.

“Gəncliyə Dəstək” İB-nin sədri Eldar Xəlilovun Zerdab.com saytına verdiyi məlumata görə, sərgidə geniş təbliğat işləri aparılıb, kitabın, mütaliənin verdiyi imkanlar xüsusi təbliğ edilib. Sərgiyə gələn uşaqlar, gənclər və valideynlərlə yüksək səviyyədə bu mövzuda söhbətlər aparılıb, təbliğat materialları, bukletlər paylanıb.

Sərgidə “Gəncliyə Dəstək” İB-nin layihə çərçivəsində hazırladığı stendi Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının müavini Rəhman Feyzullayev, Zərdab Rayon Mərkəzi Kitabxanasının müdiri xanım Gülnar Məhərrəmova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi və digərləri ziyarət ediblər.

Zerdab.com

 “Gəncliyə Dəstək” İctimai Birliyi“Gəncliyə Dəstək” İctimai Birliyi“Gəncliyə Dəstək” İctimai Birliyi“Gəncliyə Dəstək” İctimai Birliyi“Gəncliyə Dəstək” İctimai Birliyi

 

2 ŞƏRH

Comments are closed.