“Məlikzadə Həsən bəy arifi-dünya Zərdabi”

1
46

Hesen-bey-ZerdabiHəzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən,

Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən.

Məlikzadə Həsən bəy arifi-dünya Zərdabi,

Götürdü əhli-islamı bü gün xaki-məzəllətdən.

Zəbani türk ilə agah eylər əhli-Qafqazı,

Gahi tazə xəbərlərdən, gəh asari-hökumətdən.

Olub sövdəgəri-xeyr ol mükərrəm əhli-islamı,

Xəbərdar eylədi hər nəfü hər kəsbü ticarətdən.

Nəsimi sübhtək feyzi olub bu aləmə sari,

Oyatdı lütf əliylə qəflət əhlin xabi-qəflətdən.

Bu iznə razılıq vacibdir əlhəq əhli-islamə,

Ki, verdi imperaturi-cahanpərvər ədalətdən.

Dəxi ol izn alan şəxsin bizəvacibdir ikrami,

Ki, oldu xeyrxahi əhli-Qafqazın nəcabətdən.

Görüb ol kari-xeyri bu duanı eylədi Seyyid,

Dedi əhli Şəmaxi cümləsi amin sədaqətdən.

İlahi padşahi-Rusun eylə dövlətin əfzun,

Məlikzadə Həsən bəyin ömrünü hifz eylə afətdən.

 

Müəllif: Seyid Əzim Şirvani

1 comment

Comments are closed.