Sahibkarlara şad xəbər: Zərdabda investisiya layihələrinin qəbulu başlayır

0
30

zerdab_investisiyaİqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (İİN SKMF) Zərdab rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. www.zerdab.com saytının xəbərinə görə, SKMF-dən bildiriblər ki, layihələrdə pambıqçılıq təsərrüfatlarının, intensiv nar bağlarının, kiçik və orta həcmli çörək istehsalı və meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər.