Zərdabda istedadlı gənclər mükafatlandırıldı – FOTOLAR

0
28

Zerdab-İstedadlar sorağıMüstəqil Azərbaycan Respublikasında istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onlarla aparılan işin daha da yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması üçün dövlətimiz tərəfindən son illərdə xeyli tədbirlər həyata keçirilmişdir.  Ümummilli liderimiz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasəti uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişaf üzrə Dövlət Proqramı” bu sahənin inkişafına böyük təkan vermişdir.

“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” istedadlı gənclərin aşkarlanması və onlarla aparılan işin gücləndirilməsi sahəsində qarşıya böyük vəzifələr qoymuş və həmin  vəzifələrin icrası son illər rayonumuzda da uğurla həyata keçirilir.

Müvafiq Dövlət Proqramlarının rayon ərazisində icrasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti və müvafiq qurumların rəhbərləri tərəfindən ötən dövrdə müxtəlif tədbirlər həyata keçirilmişdir.

Hər il olduğu kimi bu il də Rayon İcra Hakimiyyətinin başçısı 28 mart 2014-cü il tarixdə “İstedadlar sorağında-2014” baxış müsabiqəsinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

Həmin sərəncama uyğun olaraq cari ilin aprel-may aylarında 3 mərhələdən ibarət baxış müsabiqəsi keçirilmişdir. İlkin mərhələdə 1000 nəfərə qədər istedadlı uşaq və gənc bu müsabiqəyə qatılmış, sonda 43 nəfər uşaq və gənc müxtəlif nominasiyalar üzrə mükafata layiq yerlər tutmuşlar.

31 may 2014-cü il tarixdə isə Zərdab şəhərində Heydər Əliyev parkında “İstedadlar sorağında-2014” baxış müsabiqəsinin yekununa həsr olunmuş mərasim keçirildi.

Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev baxış müsabiqəsinin yüksək səviyyədə təşkil olunduğunu, istedadlı gənc oğlan və qızların respublika səviyyəli tədbirlərdə çıxışlarının təşkili üçün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırdı.

Sonda rayon rəhbəri tərəfindən qaliblərə qiymətli hədiyyələr təqdim olundu.

Mərasim baxış müsabiqəsi qaliblərinin yekun konserti ilə başa çatdı.

 Zərdab Rayon İcra HakimiyyətiZerdab-İstedadlar sorağı Zerdab-İstedadlar sorağı Zerdab-İstedadlar sorağı Zerdab-İstedadlar sorağı Zerdab-İstedadlar sorağı Zerdab-İstedadlar sorağı Zerdab-İstedadlar sorağı Zerdab-İstedadlar sorağı