Zərdablı məktəblilər Hərbi Məktəbin fəaliyyəti ilə tanış olublar

0
22

Zərdab rayonu“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsinə dəstək” layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiya təşkil olunub. Ekskursiyada Zərdab rayonunun 1, 2 və 3 saylı şəhər və Gəlmə kənd tam orta məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Məktəblilərə Azərbaycan Ali Hərbi Məktəbinin fəaliyyəti, hərbi kafedralarda atıcı silahlar, onlardan istifadə qaydaları və s. haqqında məlumat verilib.

İctimai Birliyin sədri Eldar Xəlilov məktəblilər arasında vətənpərvərlik mövzusunda səylərinə görə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin fəxri fərmanı ilə təltif olunub.Zərdab rayonuZərdab rayonu