“Gəncliyə Dəstək” İctimai Birliyi kitabı təbliğ etməkdə davam edir

1
18

Gencliye Destek İctimai Birliyi“Gəncliyə Dəstək” İctimai Birliyi Prezident yanında Qeyri Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Region gənclərinin intellektual və mənəvi dünyasinin zənginləşməsi məqsədi ilə mütaliənin təbliği” adlı layihə çərçivəsində 15-16 may 2013-cü il tarixdə Ucar şəhər 1 saylı məktəb-liseydə Ucar şəhəri ərazisindəki 6 məktəbin ibtidai sinif müəllimləri üçün “Uşaqlar və kitablar” mövzusunda təlimlər keçirib. Bu barədə Zerdab.com saytına “Gəncliyə Dəstək” İB-nin sədri Eldar Xəlilov məlumat verib. Onun sözlərinə görə, tədbirdə kitabı təbliğ etmək üçün müəllimlərin imkanlarının daha geniş olduğu vurğulanıb: “Müəllimlər valideyinləri də bu işə cəlb edə bilərlər. Ona görə də keçirilən təlimlərdə müəllimlərə həm də valideynləri maarifləndirmək üçün çoxlu sayda, müxtəlif variantlarda bukletlər paylanıldı. Müəllimlərə tövsiyə olundu ki, qarşıdakı günlərdə sırf bu məzmunda valideynlərin iştirakı ilə sinif iclasları keçirsinlər. Valideynlər bu istiqamətdə evdə şagidlərə nəzarət etsinlər. Şagirdlərin yay tətili ərəfəsindəki mütaliəsinə diqqəti artırsınlar. Bu cür maarifləndirici tədbirlər həyata keçirildikcə keçmiş oxu mədəniyyətimiz pillə-pillə də olsa yenidən özümüzə qayıdacaq”.

Təlimdə həmçinin Ucar Rayon Təhsil Şöbəsinin əməkdaşı Əliyar müəllim, ibtidai sinif müəllimlərindən Sədaqət, Günay, Şəhla və digər müəllimlər çıxış edərək öz təcrübələrindən və tədbirin əhəmiyyətindən danışıblar.

Zerdab.com

1 comment

  1. Mütaliə mədəniyyətinin təbliğində hörmətli müəllimlərimizin doğrudan da əvəzsiz imkanları var.Bu imkanlar ibtidai siniflərlə işləyənlərə daha çox verilib.Onlar azyaşlı şagirdlərə kitab seçməkdə, uşaqların bu vərdişlərə yiyələnməsində və evdə valideyinlərin məktəblilərə nəzarət etməsində böyük rol oynaya bilərlər.Eyni zamanda çox hörmətli müəllimlərimiz şagirdlərə kitab seçərkən onların fərdi xüsusiyyətlərini də nəzərə almalıdırlar. Vaxt keçdikcə bu vərdiş onlara müstəqil seçim aşılayacaq, uşaqlar artıq öz həyatlarında hansı mövzunun önəmli olduğunu əhəmiyyətli dərəcədə qiymətləndirə biləcəklər. Bu istiqamətdə düzgün formalaşan məktəblilər öz gənclik illərindən başlayaraq mütaliənin mənəvi bir ehtiyac olduğunu anlayacaqlar.İnsan vaxtlı-vaxtında qidalanmağa, yatmağa, ibadətə vərdiş etdiyi kimi kitab oxumağa da alışacaq.
    Hömətli Nicat müəllim! Saytınızın bu istiqamətdə apardığı maarifləndirici missiya da çox təqdirəlayiqdir.Oxu vərdişinin formalaşması ilə bağlı yerləşdirdiyiniz hər bir material diqqətli izləyici üçün düzgün istiqamət verə bilir. Buna görə sizə təşəkkür edirik.

Comments are closed.