Zərdabın fəal gəncləri yeni İctimai Birlik yaratdılar

1
50

Region Gənclərinin İnkişafına Töhfə İctimai BirliyiZərdab rayonunda bir qrup fəal gəncin təşəbbüsü ilə “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi yaradılıb. Birlikdən Zerdab.com saytına verilən məlumata görə, Zərdab Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin dəstəyini qazanan və rayonun fəal gəncləri tərəfindən yaradılan, Ədliyyə Nazirliyi tərəfindən Dövlət Qeydiyyatına alınan Birliyin məqsədi gənclər sahəsində maarifləndirmə işləri aparmaq, region gənclərinin ictimai fəallığının artırılmasına dəstək verməkdir. “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi regionda gənclərlə bağlı kütləvi tədbirlərin keçirilməsini, gənc istedadların üzə çıxarılmasını, gənclərin üzləşdikləri problemlərin araşdırılmasını, onların həlli yolları barədə müvafiq qurumlarla birgə işlənilməsini qarşısına əsas məqsəd kimi qoyub. Birlik Zərdab rayonundan və regionun digər rayonlarından olan gənclərlə və gənclər sahəsində fəaliyyət göstərən qurumlarla sıx əlaqədə olacaq, dövlətin həyata kecirdiyi gənclər siyasəti sahəsində aparılan məqsədyönümlü işlərə öz töhfəsini verəcək.

Təşkilat bu istiqamətlərdə fəaliyyət göstərmək istəyən hər bir gənclə əməkdaşlıq etməyə hazırdır. Ünvan: Zərdab rayon R. Kərimov kücəsi 46.

email: rgitib@mail.ru

1 comment

Comments are closed.