Zərdablı gənclərin uğurları; dünya kuboku, qızıl və gümüş medallar

2
34

Nərmin-CamalzadəZərdabın istedadlı yeniyetmə gəncləri hər il müxtəlif uğurlara imza atırlar. Zerdab.com saytının məlumatına görə, respublika fənn olimpiadalarının final mərhələsində Yarməmmədbağı kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Əlövsətli Jalə Rafiq qızı fizika fənni üzrə 3-cü yeri tutub. Həmcinin Təhsil Nazirliyi tərəfindən məktəblilərin spartakiadasının Şamaxı şəhərində kecirilən zona yarışlarında şahmatcılarımız və tenniscilərimiz uğurla çıxış edərək birinci yeri tutub və respublika birinciliyində iştirak etmək hüququ əldə ediblər.

Respublika birinciliyində şahmat məktəbinin komandası 4-cü yerə, stolüstü tennis üzrə yarışlarda isə uşaq gəncər idman məktəbinin dərnək üzvü Musazadə Ceyhun Vilayət oğlu 2-ci yerə layiq görülüb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş inşa yazı müsabiqəsində  Əlibəyli kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Ramizli Səmraxanım Bakı şəhərində kecirilən respublika turunda 4-cü yerə layiq görülüb.

27 dekabr 2012-ci – 05 yanvar 2013-cü il tarixlərdə isvecin Stokholm şəhərində kecirilən şahmat üzrə beynəlxalq turnirdə şahmatcımız Talıbxanlı Talıbxan 12 yaşlı şahmatcılar arasında 3-cü yerə layiq görülüb. 15-17 fevral 2013-cü il tarixlərdə Bakı şəhərində kecirilən VKC karate idman növü üzrə Azərbaycan cempionatında rayon komandasının iştirakı təmin olunub, idmançılarımız 7 qızıl, 3 gümüş və 3 bürünc medalla təltif olunublar. 28-30 iyun 2013-cü il tarixdə isə Ukraynanın Odessa şəhərində keçirilən 6-cı Dünya Kubokunda Camalzadə Nərmin karatenin VKC növü üzrə yarışlarda 18-25 yaşlı idmancılar arasında 48 kq çəkidə dünya kubokuna sahib olub.

 

2 ŞƏRH

  1. bizim rayon inkişaf edir edecekde men fexr eleyiremki zerdablılar her yerde öz gücün qüvvəsin gösterir vaxt gelecek bu yarışları biz qarabağımızda geçirəcəyik buna əmin ola bilərsiniz

  2. Təbrik edir, uğurlar və daha böyük nailiyyətlər arzulayıram. Zərdabımızın belə övladlarını görəndə ürəyimiz dağa dönür. Sizinlə fəxr edirik. Tanrı köməyiniz olsun.

Comments are closed.