Qarabağ müharibəsində itkin düşən həmyerlilərimizdən biri də rayonumuzun igid oğullarından biri – Mamayev Əhməd Nəsrəddin oğludur. Əhməd Mamayev 1956-ci ildə Zərdab şəhərində anadan olmuşdur. 1973-cü ildə orta məktəbi, daha sonra Bakı Bədən Tərbiyəsi texnikumunu bitirmişdir. Evlidir. 3 övladı vardır. Hərbi rütbəsi leytenantdır. Sırxavəndin ermənilərdən təmizlənməsi zamanı fəallıq göstərən igid oğullarımızdan biri olmuşdur. 1992-ci ilin iyun ayında Sırxavənddə itkin düşmüşdür. Bu günədək həmyerlimiz Əhməd Mamayevdən heç bir xəbər yoxdur.









ALLAH dogmalarina govushdursun,INSHAALLAH
Comments are closed.