Bu gün gözəl insan, sadə, mehriban, gülərüz xanım, hörmətli millət vəkilimiz Jalə Əliyevanın doğum günüdür. Zerdab.com saytı xatırladır ki, Jalə Fazil qızı Əliyeva 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini qırmızı diplomla bitirib, daha sonra həmin universitetin hüquq fakültəsində təhsil alıb. Filologiya elmləri doktorudur. Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. 2 monoqrafiyanın və 30-dan çox elmi məqalənin müəllifidir. Rus və ərəb dillərini bilir.
1988-ci ildən Azərbaycan Mədəniyyət Fondunda müfəttiş işləyib. 1992–2005-ci illərdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində tərcüməçi vəzifəsində çalışıb. 1996-cı ildən Bakı Dövlət Universitetinin müəllimi olub. Hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur. Bitərəfdir.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Liviya, Azərbaycan-Slovakiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
1 övladı var.
Jalə xanımı həm ad günü, həm də 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar arzulayır, həmişə sevdiyi insanların əhatəsində olmağı, həmişə şad xəbərlər eşitməyi, ona səs verən seçicilərin arasında olmağı və ən əsası bir xanım kimi hər zaman indiki kimi gözəl olmağı arzulayırıq.
Zerdab.com
Azerbaycanin muasir informasiya mekaninda yarandigi qisa muddet erzinde oz dest xettile secilen, obyektiv, deqiq xeberler veren, boyuk Zerdabinin maarifci ideyalarinin dasiyicisi olan Zerdab.com-a bu boyuk diqqetleri ucun tesekkur edirem. Cox sag olun dostlar! Ugurunuz bol olsun!
Əsl Azərbaycan Xanımı, hümanist və qayğıkeş şəxsiyyət, gözəl pedaqoq alim, filologiya elmləri doktoru, professor Jalə xanim!
Sizi doğum gününüz, eləcədə 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!
Sizə uzun ömür, ailənizdə xoşbəxtlik, gözəl sağlam həyat, elmi-pedaqoji və deputatlıq fəaliyyətinizdə uğurlar, yeni-yeni naliyyətlər arzu edirəm.
Hörmətlə,
Eldəniz Həsənov
millet vekili Jale xanim yasinizi tebrik edirem en gozel gunler sizin olsun suze uzun omur can saqligi arzu edirem heyatda neyneyim nece edim demiyesiniz hormetle Imanova Sevic Tofiq qizi
Zərdabi yurdunun xeyirxah, medeni, ziyalı, əqidəli, maarifpərvər xanımı, Jalə xanım, Sizi doğum gününz münasibəti ilə səmimi qəlbdən təbrik edir, can sağlığı, həyatın bütün gözəlliklərini yaşamağı arzu edirəm!
Hörmətli Jalə xanim! Sizi bu gözəl gün münasibəti ilə təbrik edirəm. iş və şəxsi həyatınızda daima uğurlu, xoşbəxt günlər yaşamanızı arzu edirəm. Tanrı Sizi qorusun!
Hörmətli Jalə Xanim sizi doğum gunu münasibətilə təbrik edirəm.Sizə ən xoş arzularimi bildirirəm.Gələcək həyatiniz ürəyinizcə olsun!
Hormetli Jale Xanim Gecikmis olsada sizi ad gunu munasibeti ile tebrik edirem.Memmedov Ramiz Calli kend
Jale xanim mende sizi tebrik edirem hemise bele guleruz mehriban qalasiz ..!hormetle Elsen isayev (zerdabi neslinden Sara xanimin nevesi)
hörmetli Jalə xanım sizə ailəmiz adından uzun ömur can sağlığı qadin xoşbəxtliyi arzu edirik.İşlərinizdə uğurlar arzulayırıq. Zərdab rayonu Bıçaqçı kəndi
Comments are closed.