Hüquq müdafiəçiləri polis bölmələrində monitorinq keçiriblər

1
185
Zərdab Rayon Polis Şöbəsi
Zərdab Rayon Polis Şöbəsi

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və müavini Elçin Şirinov Zərdab, Ucar, Yevlax, Mingəçevir Daşkəsən, Gəncə, Samux, Tərtər, Goranboy, Ağdam və Bərdə rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər. E. Behbudovun APA-ya verdiyi məlumata görə, monitorinq zamanı saxlanılan şəxslərin saxlanma şəraitindən, onlara qarşı münasibətdən şikayətləri olmayıb. Hüquq müdafiəçisi monitorinq keçirdikləri rayonlarda saxlanılan şəxslər arasında narkotik vasitələrin qanunsuz istifadəsi, oğurluq və xuliqanlıqla bağlı tutulanların üstünlük təşkil etdiyini bildirib. E. Behbudov, Ağdam rayonunda polis-vətəndaş münasibətləri ilə bağlı dəyirmi masa keçirdiklərini deyib.

1 comment

Comments are closed.