Zərdabın qəhrəman, adı çəkiləndə hər kəs tərəfindən fərəhlə anılan, vətən uğrunda şəhid olan oğullarından biri də Ədilov Əfqan Maqsud oğludur. Əfqan Ədilov 1975-ci ildə Zərdab rayonunda anadan olub. 1993-cü ildə 3 saylı orta məktəbi bitirib. 1994-cü ildə hərbi xidmətə yollanıb.
Əfqan Ədilov hərbi xidmətə “Pirküşkül” qəsəbəsində yerləşən hərbi hissədən başladı. 3 ay orada təlim keçdilər. Aprelin 11-də o və əsgər yoldaşlarını Kəlbəcər bölgəsinə gətirdilər. Döyüşçülər aprelin 19-20-də Murovdağ yüksəkliyində döyüşə girdilər. Ağır döyüşlər gedirdi. Əfqan bu döyüşlərdən salamat çıxdı. Lakin 1994-cü il mayın 13-də həmyerlimiz Əfqan Ədilov Murovdağda gedən ağır döyüşlərin birində şəhid oldu. Qısa, amma şərəfli ömrü ilə, şərəfli yaşantısı ilə, fədakar ölümü ilə könüllərdə bir heykəl qurdu Əfqan.
Əfqan Ədilov vətənini çox sevirdi. O qədər sevirdi ki, ona şeirlər də həsr edirdi. Əfqanın şeirlərindən birini Zerdab.com saytının oxucularına təqdim edirik;
Vətəndir gözümün ağı-qarası,
Vətənsiz həyatın yoxdur mənası.
Mən onun oğluyam, onun balası,
Mənim əlimdədir onun xilası.
***
Düşmən pəncəsindən, yağı əlindən
Onu qurtarmaqdır bizim borcumuz.
Vəhşi caynağından, el qınağından
Onu qurtarmaqdır ümdə arzumuz.
***
Əfqanam, orduya mən də gedərəm,
İgid ərənlərə kömək edərəm.
Ya doğma yurdumu azad edərəm,
Ya da ki, bu yolda şəhid gedərəm.
Bu gün şəhid Əfqan Ədilovun adını onun qardaşı oğlu daşıyır. Yaxınlarının Zerdab.com saytına verdikləri məlumata görə, şəhid əmisinin adını daşıyan Əfqan Yusifoğlu 1995-ci il avqust ayının 10-da Zərdabda dünyaya gəlib. Yəni əmisinin şəhid olmasından 1 il sonra. Belə qərara gəlinib ki, şəhid Əfqanın adını onun yenicə dünyaya göz açmış qardaşı oğluna versinlər. Sevindirici haldır ki, Əfqan Yusifoğlu indi bu məsuliyyətini dərk edir və ona göstərilən etimadı doğruldur. Hazırda həmyerlimiz Əfqan Yusifoğlu Milli Aviasiya Akademiyasinin 2-ci kurs tələbəsidir. İxtisası isə pilotdur. Ümid edək ki, Əfqan bundan sonra da öz məsuliyyətini hiss edəcək və əmisinin adını bundan sonra da şərəflə daşıyacaq, təmsil edəcək…
Zerdab.com
Allah rehmet elesin, mekani cennet olsun,Amin inwallah. Cox yaxwi oglan,dost, yoldaw olub. Hec vaxt pislik nedi bilmeyib. Mekteb vaxtlarindan fexr olunmali insan olub.
Allah bütün şəhidlərimizə rəhmət elesin..Amin
Amin… Efqan cox mehriban insan olub. Onunla men sinif yoldawi hemde uwaqliq yoldawi olmuwam.
ILK ONCE ZERDAB.COM SAYTININ BUTUN REHBERLERINE OZ DERIN TEWEKKURUMU BILDIRIREM KI QEHREMAN OQULLARIN HEYATINI AZACICDA OLSA IWIQLANDIRIRLAR. EFQANA GELINCE O MENIM XALAMOQLU IDI DUZDU HEYATDAN TEZ GETSEDE QELBLERDE YAWAYIR O OLMEYIB CUNKI UCA MOVLA QURANI KERIMDE BEQERE SURESI 152 CI AYESINDE “ALLAH YOLUNDA OLDURULENLERE OLU DEMEYIN ONLAR OLU DEYIL,LAKIN SIZLER BUNU HISS EDE BILMEZSINIZ.” EFQAN QISA HEYAT YAWASADA WEREFLI VE LEYAQETLI YAWADI VE WEREFLEDE AXIRETE KOC ETDI VE ADINI TARIXE QIZIL HERFLERLE YAZDIRDI. WEHIDLIK OZU BOYUK BIR DERECEDIR. ALLAH CC HER KESE NASIB ETSIN
Allah rəhmət eləsin. AMIN.
Comments are closed.