Şəhid həmyerlimiz – İbadov Zamin Vaqif oğlu

0
73

İbadov Zamin Vaqif oğlu 1976-cı ildə Zərdab rayonunun Pərvanlı kəndində anadan olub. 1993-cü ildə orta məktəbi bitirib. 1994-cü il iyun ayının 23-də həqiqi hərbi xidmətə çağırılıb. 7 ay Bakının Pirküşkül qəsəbəsində hərbi təlimdə olub. Ağcabədi rayonundakı 161 saylı hərbi hissədə xidmət etdikdən sonra Ağdamın Mərzili kəndinə göndərilib. 1995-ci ilin 9 may günü Mərzili kəndi ətrafında minaya düşərək, həlak olub. Subay idi.

Zaminin anasının dediklərindən:

– Elə bil Zaminin ürəyinə nə isə dammışdı. Son dəfə evdən gedəndə üzümə baxıb dedi: “Elə bil, mənim son gəlişimdi”. Bu sözlər məni ölüncə yandıracaq. Ölməmişdən 10 gün qabaq Məmmədqasımlı  kəndindən oğlumun yanına gedən olmuşdu. O zaman o, qol saatını, bir də cib dəftərini  göndərib, deyib ki, bunu evimizdəkilərə verin. İşdir, ölsəm, hec olmasa bunlar məndən onlara yadigar qalsın. Erməni faşistlərinə ömrüm boyu nifrət yağdıracağam. Mənim də bir təsəlli yerim var. Oğlum Zamin Vətən yolunda qurban gedib.

Zerdab.com