Muradalı Heydərov: “Qələbə naminə nə mümkündür, etmişəm”

0
49

Muradalı HeydərovXəbər verdiyimiz kimi, hərbi attaşe, polkovnik V.K.Çernenko başda olmaqla Rusiya səfirliyinin Azərbaycandakı nümayəndə heyəti rayonumuza səfər edərək Böyük Vətən müharibəsinin qəhrəmanı, 3 “Şöhrət” ordenli həmyerlimiz Muradalı Heydərobla görüşüb. Zərdab rayonunda çıxan “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov bununla əlaqədar məlumatları və fotoları Zerdab.com saytına göndərib. Həmin məlumatları olduğu kimi təqdim edirik.

Bu görüşün yüksək səviyyədə təşkili ilə əlaqədar Rusiyanın ölkəmizdəki səfiri cənab V.Doroxin rayonumuzun rəhbəri Lütvəli Babayevə minnətdarlıq məktubu göndərmişdir. Məktubda deyilir:

“Hörmətli Lütvəli Babəli oğlu!

Hərbi attaşe, polkovnik V.K.Çernenko başda olmaqla, səfirliyimizin nümayəndə heyətinin Sizin rayonunuzda yaşayan, Böyük Vətən müharibəsinin qəhrəmanı, “Şöhrət” ordeninin bütün dərəcələri ilə təltif olunmuş M.Ş.Heydərovla görüşünün təşkilinə yaratdığınız şəraitə görə Sizə səmimi təşəkkürümü çatdırmaq istəyirəm.

Rusiyada xatırlayırlar ki, faşist Almaniyası üzərində Qələbə yalnız bütün sovet xalqlarının sıx birliyi sayəsində mümkün oldu. Biz Azərbaycanın döyüşçülərinin və arxa cəbhə əməkçilərinin ümumi Qələbəyə töhfəsini yüksək qiymətləndiririk.

Belə bilirəm ki, 1941-45-ci illər Böyük Vətən müharibəsinin həyatdan köçən və bu gün də sıralarımızda olan qəhrəmanlarının xatirələrinin qorunub saxlanmasına həsr olunacaq bundan sonrakı birgə tədbirlərimiz də Rusiya–Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, Rusiya və Azərbaycan xalqlarının ənənəvi dostluq və qarşılıqlı rəğbət hisslərinin möhkəmlənməsinə kömək edəcək.

Hörmətlə, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

V.DOROXİN.

Bakı şəhəri, 25 noyabr, 2013-cü il”.

RUSİYANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİ YANINDA HƏRBİ ATTAŞE, POLKOVNİK V.K.ÇERNENKONUN ÜRƏK SÖZLƏRİ:

“Biz – Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi yanında hərbi attaşe, polkovnik Çernenko V.K., köməkçim, podpolkovnik Markovskiy D.A., səfirliyin üçüncü katibi Ponomaryova A.İ. 2013-cü il noyabrın 21-də Zərdab rayonunun sakini, “Şöhrət” ordeninin hər 3 dərəcəsi ilə təltif olunmuş Muradalı Heydərova pul yardımı və hədiyyələr təqdim etmək məqsədilə Zərdab rayon icra hakimiyyətinə gəldik.

Bizim bu tədbiri çox gözəl təşkil etdiyinə, Böyük Vətən müharibəsi veteranlarına göstərdiyi böyük diqqətə görə Zərdab rayonunun rəhbəri Lütvəli Babayevə təşəkkürümüzü bildiririk.

Biz həmçinin rayon rəhbərliyinin Zərdab rayonunda həyata keçirdiyi yüksək vətənpərvərlik tərbiyəsi işini də xüsusi olaraq qeyd edirik.

Dərin hörmət və minnətdarlıqla, Polkovnik V. ÇERNENKO.

XANIM PONOMARYOVA DEDİ:Böyük Vətən müharibəsinin hər bir iştirakçısı bizə doğmadır, əzizdir. Bu gün də sıralarımızda olan veteranlar isə ən yüksək hörmət və ehtirama layiqdirlər. çünki o böyük qələbə bu insanların mərdliyi, qəhrəmanlığı sayəsində mümkün olub. Onlara layiq olduqları qayğını göstərmək hər birimiz üçün böyük şərəfdir. Qarşıdan faşizm üzərində qələbənin 70 illiyi gəlir. Bu bayram Rusiya və Azərbaycan dövlətləri, ümumən MDB çərçivəsində böyük təntənə ilə qeyd olunacaq.

Hər iki nümayəndə Muradalı Heydərovla ehtiramla görüşdülər, onu bir daha təbrik etdilər.

Muradalı Heydərov qonaqlara dərin minnətdarlığını bildirdi və dedi ki, mən Böyük Vətən müharibəsində qələbə naminə nə mümkündür, etmişəm, bu gün isə Rusiya dövlətindən bir xahişim var: xahiş edirəm vətənim Azərbaycanın erməni işğalı altında olan 20 faiz torpaqlarının azad edilməsinə Rusiya kömək və dəstəyini göstərsin, inanıram da ki, göstərəcək və mənim bu yaşımda ən böyük arzumun həyata keçməsinə köməyini əsirgəməyəcək.

Görüşdə Respublika Vetranları Şurası daimi komissiyasının sədri Cəlil Xəlilov, rayon müharibə, əmək, silahlı qüvvələr və hüquq mühafizə orqanları veteranları şurası Zərdab rayon təşkilatının sədri Hüseyn Həsənov iştirak və çıxış etdilər.

Görüşü rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev yekunlaşdıraraq dedi ki, biz qürur duyuruq ki, Azərbaycan xalqı, o cümlədən Zərdab sakinləri möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında alman faşizmi üzərində xalqlarımızın birgə qələbəsini hər il mayın 9-da təntənə və qürurla bayram edirlər. Bu dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Çünki Azərbaycanın Rusiya ilə dostluğu tarixi köklərə əsaslanır və bu dostluq əbədidir.Muradalı HeydərovMuradalı HeydərovMuradalı HeydərovMuradalı HeydərovMuradalı HeydərovPONOMARYOVAMuradalı HeydərovMuradalı Heydərov-9