Ağdamın Sırxavənd kəndi həmyerlimiz Ələsgər Əliyevin son döyüş yeri oldu

46
108
Əliyev Ələsgər Rəsul oğlu
Əliyev Ələsgər Rəsul oğlu.

1992-ci ildə Ağdamın Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş həmyerlimiz Əliyev Ələsgər Rəsul oğlu artıq xeyli vaxtdır ki, şəhidlik statusu alıb

 ƏLƏSGƏR DOĞMALARININ VƏ EL-OBANIN QƏLBİNDƏDİR

… İtirmək-əl üzmək deyil, bir gün itirdiyini tapmaq ümidi ilə yaşamaq deməkdir. Ancaq itirməkdən daha acı bir məqam da var. Bu, itkinlikdir. Nə doğmalardan xəbər tutursan, nə də səndən xəbər tuturlar. Arayırsan, axtarırsan və günlərin birində usanırsan. Belə bir kədəri Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi zamanı itkin düşmüş və ermənilər tərəfindən əsir götürülmüş yüzlərlə azərbaycanlılara müharibə yaşadır. Əliyev Ələsgər Rəsul oğlundan axırıncı dəfə 1992-ci ildə xəbər tutulmuşdu. Həmin vaxt gənc praporşik Ağdamın Sırxavənd kəndi uğrunda döyüşlərdə iştirak edirdi. Doğmaları, əzizləri sonralar nə qədər soraqlasalar da “gördüm” deyən olmadı və üstündən uzun illər keçdi. Ata və ana balasını, dörd bacı bir qardaşını, gənc qadın ərini, 2 körpə uşaq atasını, atası isə onların həsrətini çəkdi. Safura ana əziz oğlunun yoxluğuna dözə bilmədi. “Ələsgər” deyə-deyə bu dünyadan köçdü.

…Əliyev Ələsgər Rəsul oğlu 1965-ci ildə Zərdabda anadan olub. Orta təhsilini Körpükənd kənd məktəbində alıb. Sovet Ordusu sıralarında xidmət edib. Əsgərlikdən sonra Rusiyanın Ufa şəhərində ali məktəblərdən birinə qəbul olunub. Amma buradakı təhsilini yarımçıq qoyaraq doğma kəndlərinə qayıdıb. Bərdədəki pambıqçılıq texnikumuna daxil olub və buranı bitirib. Eyni zamanda özünün şəxsi maraqları üçün Ağdaşda xüsusi ilahiyyat dərsi alıb. 1988-ci ildə öz həmkəndlisi Afət xanımla evlənib və bu evlilikdən  2 oğlu olub: Nazim və Razim.

İllər keçir, zaman sürətlə irəliləyir. Artıq oğlanlarının ikisi də böyüyüb. Nazim ailə həyatı qurub. Razim isə nişanlıdır. Bununla belə Ələsgər unudulmayıb. Demək olar ki, hər gün yada salınır, doğmalarının qəlbində yaşayır. Bacısı Səidə xanım Ələsgərlə bağlı xatirələrini tez-tez bizimlə bölüşür. Səidə Əliyeva onu da deyir ki, qardaşım Ələsgər artıq xeyli vaxtdır ki, şəhid statusu alıb.

Əvvəldə qeyd etdiyim bir fikri təkrarlamaq istərdim: deyirlər itirməkdən daha acı bir məqam da var. Bu, itkinlikdir. Lakin belə itkinlik şəhidliklə əvəz olunanda artıq acı vermir, qəlbi göynətmir, əksinə qəlbə qürur gətirir.

Şəhid ruhun şad olsun qardaşım.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ.

46 ŞƏRH

  1. Tərlan xanım,mən bu yazını gözləyirdim.Bu barədə fikrimi bildirmişəm.Bu gün materialı oxuyarkən çox təsirləndim Ələsgər qardaşımızın döyüş yolu haqqında məlumatlandım.Material xoşuma gəldi.Allah bütün şəhidlərimizə eləcə də Ələsgər qardaşımıza rəhmət eləsin.Səidə xanıma isə bundan sonra səbr versin.

  2. Allah bütün şəhidlərimizə rəhmət eləsin Eləcədə Ələsgər qardaşımıza Tərlan xanıma da bu yazıya görə öz təşəkkürümü bildirirəm.

  3. Tərlan xanım siz mənim qardaşım haqqında yazdığınız bu materialı oxudum çox təsirləndim.Allah bütün şəhidlərimizə rəhmət eləsin Sizə öz ailəmiz adından dərin təşəkkürümüzü bildiririk.

  4. Ruhun wad olsun..wehidler olmez sende bizim qelbimizde her zaman yawayacaqsan..senden xatire qalan 2 oglun sen nece sevilirdinse onlarda ele sevilir..ve heyat yoldasin Afet xanim bir sacini ag bir sacini qara horub her zaman yolunu gozluyub..gozun arxada qalmain..rahat yat cennet mekaninda..Ruhun HEr ZAman Wad Olsun..

  5. Terlan xanim men bu yazini gozleyirdim.Bu barede fikrimi bildirmisem.Bugun materiali oxuyarken cox tesirlendim.Elesger qardasimizin doyus yolu haqqinda melumatlandim.Material xosuma gedi.Allah butun Sehidlerimizi elece de Elesger qardasimiza rehmet elesin.Seideye ise bundan sonra da sebir versin.

  6. Tərlan xanım Sizin yazdığınız bütün məqalələrinizi böyük maraq və fəxrlə oxuyuram. Amma bu dəfəki yazınızı həmdə çox böyük ürək ağrısı ilə oxudum və kədərləndim.erməni cəlladlarının xalqımıza qarşı törətdikləri amansız vəhşiliklər tarixə sığmayan bir cinayətdir. Bizim Ələsgər kimi yüzlərlə mərd, torpağını sevən oğullarımız hələ də erməni qəsbkarlarının əlində əsir qalıblar. Rayonumuzdan ilk dəfə Ələsgərlə birlikdə əsir götürülən 5 nəfər həmyerlimizin də taleyi hələ də heç kimə məlum deyil. Mən bir azərbaycanlı kimi itkinlərimiz və şəhidlərimiz haqqında yazılan belə məqalələri sakit oxuya bilmirəm. erməni quldurlarının bizə qarşı törətdikləri bu cinayət insanı dəhşətə gətirir. Bizlərdə onlara qarşı güclü nifrət hissi yaradır. Tərlan xanım çox sağolun ki, Siz yurnalistlər itkin və şəhidlərimiz haqqında belə məqalələr yazaraq qəzetlərdə, internet saytlarında işıqlandırırsınız. Bu yazılarınızla Azərbaycanın bir parçası olan Zərdabımıızın da necə qəhrəman, igid oğullar yetişdirdiyini bir daha gənc nəslə çatdırır və onları unudulmağa qoymursunuz. Bu şərəfli işinizdə Sizlərə uğurlar arzulayıram.
    Nicat bəyə də təşəkkürümü bildirirəm ki, bu cür yazıları yayımlayır və biz oxucuları düşünməyə vadar edir.

  7. Terlan Xanim Mende Elesgerin Bir Bacisi Kimi Sene Oz Tewekkurumu Bildirirem.. Ustunden 21 Il Kecmesine Baxmayarag Biz Helede Onun Yolunu Gozduyuruk…. Allah Butun Wehidlerimize Rehmet Elesin. Hec Bir Ananin Gozu Yolda Qalmasin,Neceki Menim Anam Kimi….

  8. Gozu yolda qalan ailene ovladlarina ALLAH sebr versen………AMIN!

  9. Əziz bacım Nazilə, mən də Sizə öz təşəkkürümü bildirirəm və bütün ailə üzvlərinizə bundan sonra da səbir diləyirəm.Qoy böyük Yaradan Sizlərdən öz mərhəmətini əsirgəməsin. Yoxsa bu itkiyə dözmək çox çətindir… Ələsgər qardaşımız da daxil olmaqla Allah bütün şəhidlərimizə rəhmət eləsin.
    Vətən sağ olsun !

  10. Səidə, sənin qeydlərin indi diqqətimi cəlb etdi.Mən də sənə və ailənizə təkrar təşəkkür edirəm. Nicat bəyə ürəkdən minnətdaram ki,mənim bu materialımı saytında yayımladı.

  11. Allah bütün şəhidlərimizə rəhmət eləsin.Ailəsinə də səbr versin.

  12. Hörmətli Tərlan xanım Sizin məqalənizi oxudum çox kədərləndim Allah bütün şəhidlərimizə rəhmət eləsin Atası Rəsul dayıya yoldaşı Afət xanıma evladları Nazim Razim qardaşlarımıza səbr versin.Nicat bəyə də öz dərin minnətdarlığımızı bildiririk ki,bu məqaləni işıqlandırdı.

  13. ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.AİLƏSİNƏ SƏBR VERSİN.

  14. Men de öz növbemde Terlan xanıma bu yazıya göre teşekkür edirem. Allah bu qardaşımızın ailesine de sebr versin. Amin.

  15. Terlan xanim size oz minnetdarligimi bildirirem…Allah Afet bibime ve qardawlarim Nazim ve Razime sebr versin…

  16. hÖRMƏTLİ TƏRLAN XANIM .ÇOX SAĞ OLUN BU MƏQALƏNİZƏ GÖRƏ. ALLAH AİLƏSİNƏ SƏBR VERSİN.

  17. ALLAH AİLƏSİNƏ SƏBR VERSİN .TƏRLAN XANIM SİZƏ DƏ ÖZ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.NİCAT BƏY SİZƏ DƏ ÖZ MİNNƏTDARLIĞIMI BİLDİRİRƏM Kİ, BU YAZINI İŞIQLANDIRDINIZ

  18. Yenə həyacan dolu hisslər bizi kövrəltdi. Şəhidlərimizi xatırladıq, onları düşündükcə ürəyimizdən nələr keçmədi? Şəhidlərimizi fikirləşəndə onların ürəklərində qalan, bitirib tamamlaya bilmədikləri arzuları, onlarla bağlı acı və qəmli xatirələr bizi kədər hopmuş niskilli misralar yazmağa məcbur edir. Sən ləyaqətlə yaşadın Ələsgər qardaş, şərəflədə bu dünyadan köçdün. Bizi cismani yoxluğunla ovunduran da elə bu mənəvi varlığındır. Yerin cənnət olsun qəbrin nurla dolsun. Hörmətli Tərlan xanım məqalənizi oxuduq. Acı-acı, bir-birindən ağır xatirələr bizi yenə də ogünlərə qaytardı. Sizə bütün kitabxana işçiləri adından təşəkkür edirik və bütün şəhidlərimizə ulu tanrıdan rəhmət diləyirik.

  19. Çox hörmətli Mehparə xanım , Sizi və mənim üçün çox əziz olan gözəl ziyalımız Nailə xanım Əliyeva başda olmaqla bütün kitabxana işçilərini salamlayıram. Bu materialı oxuduğunuz üçün mən də sizə təşəkkür edirəm.
    Allar Sizlərdən razı olsun!

  20. Allah bütün səhidlərimizə rəhmət elesin, o gün olsun dayim-oglu Eleskər saq salamat qayidib evinə gəlsin. Biz belə bir günü səbirsizliklə gözləyirik.

  21. Allah rehmet elesin.Menim 1983-1985-ci illerde Bawkiriyada esger yoldawim olub.Orda prapirwik mektebini oxudu.

  22. АЛЛАХ РЭХМЭТ ЕЛЭСИН!!! ЭГЭР СОХБЭТ КОРПУКЭНДЛИ ЭЛЭСКЭРДЭН ГЕДИРСЭ, ЕЛЭ МЭН ДЭ О ВАХТЫ АГДЭРЭ БОЛКЭСИНДЭ ДОЙУШУРДИМ!!

  23. Габри нурла долсун АЛЛАХ рахмат еласин

  24. Allah rehmet elesin birde Godekqobu kendinden Tehran Soltanovda sirxavetde itkin duwdu bu gune qeder ondan bir xeber oter yoxdu

  25. Salam hörmətli Nicat bəy ! Mən Ələsgərin bacısı kimi öz adımdan və ailəmizim adından Sizə minnətdarlıq edirəm və Sizdən bir şeyi aydınlaşdırmağı xahiş edirəm.Mirsabit Əhmdli kimdir ( şərh yazanlardan biri )?

  26. ALLAH AİLƏSİNƏ SƏBR VERSİN SAĞDISA SAĞ SALAMAT TAPILSIN AİLƏSİNƏ QAYITSIN,YOX ƏGƏR SƏHİDDİRSƏ ALLAH RƏHMƏT ELƏSİN

  27. SALAM TERLAN XANIM SİZƏ VƏ NİCAT BƏYƏ MİNNƏTDARLIĞIMI BİLDİRİRƏM Kİ MƏNİM ATAM HAQQINDA BELƏ MƏQALƏNİ SAYTA VERMİSİNİZ.ATAM İTGİN DÜŞƏNDƏ MƏNİM 2 YAŞIM QARDAŞIM NAZİMİN 4 YAŞI VAR İDİ. O VAXDAN HƏLƏDƏ İNDİYƏ KİMİ GÖZÜMÜZ YOLDADIR.HƏLƏDƏ ONUN SAĞ OLMASI ÜMİDİ İLƏ YAŞAYIRIQ. NƏ DEYİM ƏGƏR O SAĞDIRSA SAĞ SALAMAT AİLƏSİNƏ GƏLSİN YOX ŞƏHİDDİRSƏ ALLAH RƏHMƏT ELƏSİN.

  28. bu elesger eliyev menim dayimdir men onun boyuk bagisi tutu xanimin oqlu shahindir.bu haqda yazdiqiniz ucun sehidleri dayimi yada saldiqiniz ucun tewekkur edirem.men o dayimi cox isteyirem hamo umudun qirsada men umudumu qirmiram.nevaxysa torpaqlarimiz alinsa dayimda qayidagaq.men uwaqidim bize tez tez gelirdi her gun pengerede durub yolunu gozleyirdim.her bize gelende mene deyirdiki gel sifetimdeki xalimdan op men sene saqqiz verim.memde irgenirdim opmurdum.nebilim helem umudumu qirmiram.bilsemki mene ehtiyagi var tek allahand olsun men onun yolunda ganimdanda kecerem.arada oturub onla baliqa kur qiraqina meni mataskletde gezdirdiyini duwunende ureyim partdiyir.bu yazida kimlerin ezyeti varsa hallal et oz aylemln adindan tewekkur edirem.men ayleliyem iki qiz ovladim var.ad etmiwem oqlum olsa dayim elesgerin adini qoyagamki hemiwe gozumun qabaqindan getmesin.bu yazini yazmaq mene zulum verdi.haminizida opurem…..

  29. bu haqda kimlerin ezyeti varsa halla etsin.elesger eliyev menim dayimdir.men onun boyuk bagisi tutu xanimin oqlu shahindir.duzdur bizim ucun cox cetindir.kimde umudun qirsa men umudumu qirmiram ki wehiddir.menim nesilde en cox istediyim insandir.men uwaq idim hemiwe bize gelirdi hemiwede mene saqiz alib getirerdi qapidan iceri girende men onun ustune qacanda deyirdiki sifetimdeki xaldan op sene saqqiz verim.mende bele weyden irgenirdim.opmeyendede saqizi vermirdi mende aqlayirdim.menim ucun cox cetindir ama yenede umudumu qirmiramki saqdir qayidagaq nevaxtsa.bele bir soz var ferli oqul dayisina oxwar.men dayimla onun aylesiyle fexr edirem.menim bu heyat iki qiz ovladim var hemiwe arzu etmiwemki bir oqlum olsun adin elesger woyagamki hecvaxt o korpe balama baxan beynim gozumun qabaqindan cixmasin dayim.bu yazilarda kimlerin emeyi varsa hami halla etsin.men onu yolunu gozleyirem.eger bilemki indi dayimin mene ehtiyagi var men ona ganimida vereremki teki aylesinin ustunde nevesin ovladlarinin arsinda birgunde olsun gorsensi.haminiza oz aylemiz adinda atam sedinin,anam tutunun,bagim gemilenin,birde oz adimdan tewekkur edirik.o wehit deyi saqdir allahin komekliyle torpaqlarimiz alinar bun esirlerimiz ici dayim qarwiq aylesinin ustune qaydarlar.umudumuzu qirmayaqin.oxuduqunuz ucun cox saqollun.allah razi olsun sizdenki yada saldiz….

  30. Razim , mən də səni salamlayıram . Allah bu böyük itkiyə görə ailənizə səbir versin .

  31. ELESGER MENIMDE DOST-DOGMA DAYIM OGLUDUR.ANAM TUKEZBAN OLUMUNE BIR GUN QALMISA QEDER ELESGER GELECEK DEYIRDI.YENEDE UMUD ALLAHDAN KESILMEYIB ELESGER ALLAHIN EN EZIZ DEYERLI BENDELERINDEN IDI .EGER HEYATDAN GEDIBSE O , O DUNYADA CENNETIN EN GOZEL MEKANINDA OZUNE YER TUTUBDUR.ALLAH BUTUN SEHIDLERIMIZE REHMET ELESIN ELESGERDE DAXIL OLMAQLA .

  32. Hörmətli Sima xanım , əvvəla ,Sizi salamlayıram və bir müəllif olaraq bu materialımı oxuduğunuz üçün Sizə təşəkkür edirəm .Şəhid Ələsgər Əliyevin itkisinə görə isə bir yaxın qohumu kimi Sizə dərin hüznlə başsağlığı verirəm. Allah Sizə səbir versin !

  33. Tərlan xanım, şəhidimizi yad etdiyiniz üçün sizə təşəkkür edirik. Əgər mümkünsə, Körpükənddən olan Şəhid Umudov Miqdar Məhəmmədiyə oğlu haqqında da saytda məlumat yerləşdirərdiz.

  34. Hörmətli Şəfa xanım , Sizi salamlayıram və bildirmək istəyirəm ki , mənə ünvanladığınız bu qeydlərinizi yenicə oxudum.İstəyinizi nəzərə alaraq çox böyük məmnuniyyətlə igidlər yurdu Körpükəndin digər şəhidi-Umudov Miqdar Məhəmmədiyə oğlu haqqında da tezliklə material hazırlayaraq sevimli zerdab.com-a göndərəcəyəm.

  35. Əgər Ələsgər yaşasaydı, bu ilin 2 aprelində 49 yaşı tamam olacaqdı. Nə yazıq ki , əzizləri şəhid qardaşımızın bu ad gününü onsuz qeyd edirlər .
    Allah rəhmət eləsin !

  36. Hörmətli Tərlan xanım Siz bizim dərdimizə şərik olduğunuz üçün və bizə hər zaman dəyər verdiyinizə görə dərin təşəkkürümüzü bildiririk.

  37. İgid ölər, adı qalar. Ələsgər də məhz belə igidlərdəndir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu məqalədə əziyyəti keçən hər kəsə minnətdarlığımı bildirirəm.

  38. Xahiş edərdim Şəhid Ələsgər Əliyevin şəklini göstərdiyim email adresinə göndərəsiniz.
    Əvvəlcədən minnətdarlığımı bildirirəm.
    Əlaqə nömrəm: 050 303 44 83

Comments are closed.