Pərvin Mahmudova YAP Zərdab rayon təşkilatının sədri seçildi

0
50

Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının VII konfransı keçirilib. www.zerdab.com saytının məlumatına görə, tədbirdə YAP Zərdab rayon təşkilatının sədri Abdullayev Tofiq hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın hesabat dövrü ərzində gördüyü işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən bəhs edib. Sonra məruzə ətrafında müzakirələr aparılıb. Konfransda YAP İcra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin deputatı Jalə Əliyeva, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev də çıxış ediblər. Müzakirədən sonra təşkilati məsələlərə baxılıb. Pərvin Mahmudova YAP Zərdab rayon təşkilatının sədri seçilib.