TQDK-da təhsil şöbələrinin müdirləri ilə müşavirələr başlayıb

0
37

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-dən cari tədris ili üzrə orta ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının keçirilməsinə hazırlıq işlərinə hazırlıq məqsədilə şəhər və rayon təhsil şöbələrinin nümayəndələri ilə müşavirələrə başlayıb. TQDK-nın mətbuat xidmətindən www.zerdab.com-a verilən xəbərə görə, müşavirələrdə TQDK sədri Məleykə Abbaszadə, komissiyanın əməkdaşları iştirak edəcəklər. Tədbirdə buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar görüləcək tədbirlər və bu istiqamətdə şəhər və rayon təhsil şöbələrinin üzərinə düşən vəzifələrə dair müzakirələr aparılacaq.

www.zerdab.com