Hər ağac gətirən barı yemirlər,
Hər papaq qoyana kişi demirlər,
Həddini aşanda zalım, dinirlər,
Nə yaxşı dünyadı dünya ay Allah.
***
Çox vaxt haqsız sözə əl çalsalar da,
Nadan qarşısında alçalsalar da,
Yada əl açmırlar ac qalsalar da,
Nə yaxşı dünyadı dünya ay Allah.
***
Sevgisi güclüsə, nifrəti dərin,
Qorxmaz göstərməyə kişi, hünərin,
Heç kəs poza bilməz Tanrı qədərin,
Nə yaxşı dünyadı dünya ay Allah.
***
Ölümün vaxtı var əzəldən, gəlir,
Bilmirsən səmadan, ya çöldən gəlir,
Varlı-kasıb qanmır, qəfildən gəlir,
Nə yaxşı dünyadı dünya ay Allah.
İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru
her bendin sonundaki umud dolu “Ne yaxsi dunyadi dunya ay Allah” fikirleri insanda yasamaga heves oyadir.Ellerinize.qelbinize sagliq.
ISAMEDDIN muellim,gozel seirinize gore sizi tebrik edirem. HER TEZE seirinizle gozumuzde bir boy ucalirsiniz.ALLAH SIZI;EKINCI; qezetinin basindan eskik etmesin.
ÇOX SAĞ OLUN! HAMINIZA TƏŞƏKKÜRLƏR! ALLAH ÜRƏYİNİZƏ GÖRƏ VERSİN, QƏLBİNİZDƏN NUR VƏ SEVİNC ƏSKİK OLMASIN!
Comments are closed.