Zərdablı gənc ana doğuş zamanı öldü

8
115
Ana ölümüUcar rayonunda ana doğuşdan sonra dünyasını dəyişib. Ucar Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında baş verib. Zərdab rayon sakini, 1994-cü il təvəllüdlü Sayad Abdulrəhmanova aprelin 21-də doğuş üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Doğuş qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilib. Uşaq götürüləndən sonra ananın vəziyyəti pisləşib. Xəstəxanaya Bakıdan çağırılan həkimlər gəlsə də, ananı xilas etmək mümkün olmayıb, qadın gecə saatlarında dünyasını dəyişib.

Dünyaya gələn oğlan uşağının isə tam sağlam olduğu bildirilib. Bu,  S. Abdulrəhmanovanın ilk doğuşu imiş.

8 ŞƏRH

  1. Axı bu həqiqətə uyğun olmayan məlumatı yaymaqda məqsəd nədir?
    Əvvəla Zərdabda ölümün səbəbinin tamam başqa olduğu hamı bilir.İkincisi tutaq ki,lap burda yazıldığı kimidir.Necə oldu ki,sap-sağlam ana əməliyyat başa çatdıqdan iki sutka sonra vəziyyəti pisləşdi və hətta Bakıdan gələn həkimlər belə onun həyatını xilas edə bilmədilər?!

  2. Axı bu həqiqətə uyğun olmayan məlumatı yaymaqda məqsəd nədir?
    Əvvəla Zərdabda ölümün səbəbinin tamam başqa olduğu hamı bilir.İkincisi tutaq ki,lap burda yazıldığı kimidir.Necə oldu ki,sap-sağlam ana əməliyyat başa çatdıqdan iki sutka sonra vəziyyəti pisləşdi və hətta Bakıdan gələn həkimlər belə onun həyatını xilas edə bilmədilər?!ve sebebin deyin xais

  3. ALLAH rehmet elsin….menim xalamda zerdabda dogus zamani olmusdu.Allah sebr versin

  4. ALLAH onun balasini bextever elesin onun ruhu balasinin xowbextliyini gorub daima wad olun allah senin olumune sebeb olanlarin cezasini versin amin

  5. niye bu cavanlara qiyiriz bizleri olume ele tez gondeririz o pulu sayanda niye kor olmursuz ay hekimler size hekim demeye dilim gelmir

Comments are closed.