
BU ƏZABDAN QURTAR MƏNİ…
Ey hər şeyi bilən Allah,
Qəlbdən qəmi silən Allah,
Çağıranda gələn Allah,
O günlərə qaytar məni.
***
Əzab verir qarğış-qada,
Təkcə sənsən çatan dada,
Ya şəfa ver, öldür ya da,
Bu əzabdan qurtar məni.
***
Sən bir loğman, mənsə xəstə,
Hökmünü ver, gözüm üstə,
Tez aparsın boyu bəstə,
Ölüm adlı qatar məni.
***
Sən Yaradan, biz hissəcik,
Günahkarıq böyük-kiçik,
Mələklərin düşsə incik,
Cəhənnəmə atar məni.
***
Sənin adın ən uludur,
Yer övladı pul quludur,
Pula qulluq qorxuludur,
Dərgahına apar məni.
yaradiciliginizin en gozel cagidir,size can sagligi arzulayiram, AY isameddin muellim. ALLAH dergahina sizi istemeyenleri aparsin.
Comments are closed.