“Region gənclərinin inkişafına töhfə” İctimai Birliyi bəyanat yaydı

0
54

bəyanat“Region gənclərinin inkişafına töhfə” İctimai Birliyində son günlər cəbhə xəttində yaranmış gərgin vəziyyətlə əlaqədar toplantı düzənlənib. Zerdab.com saytına verilən məlumata görə, tədbiri giriş sözü ilə acan Birliyin sədri Zamiq Mənafov, son vaxtlar təxribatçı fəaliyyətini intensivləşdirən Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsirini şiddətlə qınayıb. Ermənistan Silahlı Qüvvələri və Ermənistanın dəstəklədiyi separatçı silahlı qruplar tərəfindən Azərbaycan və Ermənistan arasında mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatçılıq duyduqlarını dilə gətirən sədr, münaqişənin alovlanmaması üçün Ermənistan hökumətinə təzyiqlərin artırılması və müvafiq sanksiyalar tətbiq edilməsini irəli sürüb. Toplantıda cəbhə xəttdində yaranmış gərgin vəziyyətlə əlaqədar bəyanat qəbul olunub. Bəyanatda bildirilir: “Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal edilib, nəticədə, bir milyona yaxın qaçqın və məcburi köçkün öz doğma yurdundan didərgin düşüb. 1994-cü il mayın 8-i əldə edilmiş atəşkəsə baxmayaraq, hələ də Ermənistan dövləti öz terrorçu əməllərindən əl çəkmir. Ermənistan silahlı qüvvələrinin basqını nəticəsində iyul ayının sonundan bu günədək Azərbaycan ordusu 13 hərbçisini itirib. Bundan başqa, cəbhə xəttinə yaxın yaşayan mülki əhali davamlı atəş altındadır və bu terror dinc vətəndaşların da ölümünə və yaralanmalarına səbəb olur. Biz atəşkəsin pozulması zamanı həlak olanlan mülki vətəndaşlarımızın və şəhidlərimizin ailə üzvlərinə başsağlığı diləyir, beynəlxalq təşkilatları isə bu təcavüzü dayandırması məqsədi ilə fəaliyyətlərini artırmağa çağırırıq. Dünya, baş verən hadisələrə biganə qalmamamlıdır.

Biz bir daha beynəlxalq təşkilat və qüvvələrdən 20% ərazisi işğala məruz qalan Azərbaycan Respublikasına münasibətdə ədalətli və qəti mövqeyə malik olmalarını, təcili olaraq işğalçı Ermənistanın ciddi şəkildə cəzalandırılmasını və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmasını tələb edirik. Biz müharibədən əziyyət çəkən, hər an bu təhlükəni yaşayan Azərbaycan gəncliyi olaraq, beynəlxalq gənclər ictimaiyyətinə müraciət edərək onlardan Ermənistanın Azərbaycana qarşı bu işğalçılıq siyasətinin dayandırılmasına, erməni hərbi qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik ərazilərimizdən çıxarılmasına və Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərinin bərpasına çağırışlar etməsini, ədalətli mövqe nümayiş etdirməsini gözləyirik”.

Zerdab.com