Zərdabın ərazisindən şirsiz çıraqlar aşkarlanıb

0
67

tarixZərdab ərazisində IV-XIII əsrlərdə gil məmulatı kimi, çıraqlar da əhalinin məişətində mühüm rol oynayıb. İlk orta əsrlərdə müxtəlif formalı çıraqlar mövcud olmuşdur. Zərdab rayonu ərazisində, əhalinin məişətində IV-XIII əsrlərdə istifadə olunmuş çıraqların hündürlüyü 5 santımetr, ağzının diametri 4,5 santımetr, oturacağının diametri isə 5,5 santımetrdir. Gövdə hissədə qabın diametri 9 santımetrdir. Lüləyi sınmış vəziyyətdədir. Salamat qalmış hissəsinin uzunluğu 3,5 santımetrdir. Boz rənglidir.

Boz rəngli çırağın hündürlüyü 4,5 santımetr, ağzının diametri 6 santımetr, oturacağının diametri 5 santımetrdir. Lüləyinin salamat qalmış hissəsinin uzunluğu 2,5 santımetrdir. Qulpu oval formalıdır.

Əliyev Taleh Vasif oğlu

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu elmi işçi, dissertant.

Xüsusi olaraq Zerdab.com saytı üçün.