
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gəncliyə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin nikah və əmlak hüququ sahəsində maarifləndirilməsi” layihəsi çərçivəsində Zərdab rayon Gəlmə kənd tam orta məktəbində seminar keçirib. Birlikdən Zerdab.com saytına verilən məlumata görə, seminardan öncə gənclər arasında sorğu keçirilib. Tədbiri giriş sözü ilə açan “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov gənclərə cəmiyyətdə ailə institutunun gücləndirilməsinin məqsədi, gənclərin nikah və əmlak hüququ sahəsində maarifləndirilməsinin əhəmiyyəti, erkən nikahın fəsadları, gənclərin ailə dəyərlərinə düzgün qiymət verməsi barədə məlumat verib.
Qeyd edək ki, layihənin məqsədi gənclər arasında ailə institutunun gücləndirilməsində gənclərin nikah və əmlak hüquqi sahəsində maarifləndirilməsi işlərinin aparılması və gələcəkdə yarana biləcək əmlak mübahisələrinin və boşanmaların qarşısının alınmasından ibarətdir.