Zərdab rayonunda dəhşətli hadisə

1
69

Zərdab rayonu, Qoruqbağı kəndiZərdab rayonunun Qoruqbağı kəndində dəhşətli hadisə baş verib. Zerdab.com saytının xəbərinə görə, kənd sakini 1961-ci il təvəllüdlü Xosrov Saday oğlu Xəlilov (Zaman adı ilə tanınırdı-red) sirkə turşusu içərək intihar edib. Məlumat üçün bildirək ki, mərhum uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirmiş. Onun müalicə olunsa da şiddətli ağrılardan xilas ola bilmədiyi üçün belə bir addım atdığı bildirilir.

X. Xəlilov xəstəxanaya yerləşdirilsə də, vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Zerdab.com saytına verilən məlumata görə, Xosrov Xəlilov əvvəllər bir neçə dəfə məhbəs həyatı yaşayıb.

Zerdab.com

1 comment

Comments are closed.