Suriyada döyüşmüş Zərdab sakininə hökm oxundu

1
62
ZerdabSuriyada döyüşlərdə iştirak etmiş Zərdab sakini Səbuhi Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, Zərdab Rayon Məhkəməsinin hökmü ilə S. Cəfərov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu ilin iyun ayında Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəhhabi təriqətinin üzvü olduğu iddia edilən rayon sakini Səbuhi Cəfərov tutulub. Onun mənzilinə baxış zamanı əl qumbarası aşkar edilib. Araşdırmalar zamanı S. Cəfərovun Suriyada gedən döyüşlərdə iştirak etdiyi də məlum olub. O, Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah saxlama) maddəsinə əsasən ittiham edilib.
APA

1 comment

  1. ALLAHDAN gorxun,na vahabi, siz hala onun suriyada oldugunu subut etdiniz?gumbarani isa ozunuz atmisiniz guya bilmirik.amma sabah ALLAH GARSHISINDA CAVAB VERACAYINIZI UNUTDUNUZMU?2 CI SI DA O SURIYADA HAGIGATAN VURUSHMUSH OLSAYDI SIZ ONA OMURLUK HABS VERARDINIZ

Comments are closed.