Otmanoba kəndinin igid oğlu: şəhid Mail Əliyev

0
62

Qarabağ müharibəsiƏliyev Mail Mikayıl oğlu 1968-ci ildə Zərdab rayonunun Otmanoba kəndində anadan olub. 1986-cı ildə Əlvənd kənd orta məktəbini bitirib. Keçmiş Sovet ordusunda xidmət edib. 1992-ci ildə hərbi səfərbərliyə çağırılıb. Onun döyüş yolu Füzuli rayonundan başlayıb. Aşağı Əbdurrəhmanlı kəndi uğrunda gedən qızğın döyüş zamanı 26 yanvar 1994-cü ildə şəhid olub. Doğma Otmanoba kəndində dəfn olunub. Bir övladı var.

Döyüş yoldaşlarının xatirələrindən: “Ermənilər bizi gah gündüz, gah da gecə atəşə tuturdular. Növbəti döyüş Aşağı Əbdurrəhmanlı kəndi uğrunda idi. Mailgilin dəstəsi ermənilərin xeyli canlı qüvvəsini məhv etdilər, onları batalyonu da az itki vermədi. Bu döyüş zamanı Mail aldığı güllə yarasından gözlərini əbədi yumdu. Yoldaşları onun cəsədini döyüş zonasından çox çətinliklə çıxara bildilər”.

Mail indi doğma kəndində dəfn edilib. Doğmaları, əzizləri, bütün kənd əhli onun qəbrini tez-tez ziyarət edirlər. Allah rəhbət eləsin. Mail kimi igid oğullar heç zaman unudulmayacaq.